beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz sağlamlığı üçün bunları bilmək vacibdir

Gözdəki ciddi problemlər bəzən bir qızartı ilə başlayır. Adətən qızarma, yanma hissi kompüterlə çox təmasda olan insanlarda qeydə alınır. Bu baxımdan asan müalicə üsullarına müraciət etmək olar. Aradabir özünüzdə göz qırpma kimi vərdişləri təlqin edə bilərsiniz. Yorğunluq hiss etdikdə isə gözləri yumub istirahət etdirmək lazımdır. Gözləri uzaq məsafəyə dikib baxmaq da yorğun gözlərin dincəlməsinə şərait yaradır.

Görmə qabiliyyətində şəkil pozuqluqları və göz şəffaflığın itirməsi, birbaşa görmə keyfiyyətinə təsir etdiyindən kornea xəstəliyi yaranır.
Bu xəstəlik doğuşdan və ya genetik də ola bilər. Sonradan alınan travmalar, infeksiyalar da buna təsir göstərir. Buda görmə keyifiyyətini azaldır.

Ümumiyyətlə bu xəstəlik göz müayinəsi zamanı göz içi təzyiqinin təsadüfən ölçülməsi nəticəsində belə fərqinə varılır. Buna görə edilən göz müayinəsi zamanı göz içi təzyiqi da ölçülməlidir. Əgər göz təzyiqində pisləşmə olarsa tez müayinə və müalicə əsasdır. Bu göz sinirində meydana gələn ziyanın göstərilməsi və bu ziyana bağlı görmə sahəsi itkisinin müalicəsinə kömək edir.

Bəzi xəstələrdə göz təzyiqi böhranı ortaya çıxar. Bu vəziyyətdə göz içi təzyiqi ani olaraq çox artar və göz, baş ağrısı, ürək bulanma, qusma ilə birlikdə özünü göstərər. Buda təcili müalicə edilməlidir. Kaliforniyadakı San Diego Universitetindən Doktor Robert Weinreb, açıq və qapalı bucaq növləri olaraq bilinən iki glakom növünün diaqnoz və müalicə edilə biləcəyi üzərinə bir araşdırma apardığını bildirib.

Onuda qeyd etmək lazımdır ki, kompüterin şüaları gözlər üçün o qədər də ziyanlı deyil. Kompüterlə işləyəndə və digər göz diqqəti tələb edilən işlərdə gözün qırpma sayı azalır. Gözdə buynuz qişasının üzərində olan film təbəqəsi deyilən bir təbəqə var, bu təbəqə gözü nəm saxlayır. Qırpma azaldığı üçün orada buxarlanma yaranır, bu isə gözdə yanma, qızarma hallarına gətirir. Bunun qarşısını almaq üçün süni göz damcılarından istifadə etmək olar.

Məlumata görə kornea əməliyyatını 1905-ci ildə Eduard Zirm də tətbiq etmişdir.

Korneanın incəlməsi və dikləşməsi isə keratokonus olaraq bilinir. Xüsusi ilə kornea nəqli yuxarıda ifadə etdiyimiz keratokonus xəstəliyi başda olmaq üzrə hər cür şəffaflığını itirmiş və görmə itkisi olan xəstələrə tətbiq olunur.

Bəzi əməliyyatlarda göz infeksiyaların, əməliyyat sonrası tikiş yerlərindən sızıntıların, göz təzyiqinin, uveititin olduğu da bildirilir.
Kornea əyriliyi isə astiqmatizm adlanır.

Onuda qeyd etmək lazımdır ki, kornea nəqli, bütün orqan nəqlləri içində müvəffəqiyyəti yüksək olan əməliyyatlardan birirdir.

Gözümüzün önündəki saat şüşəsi kimi şəffaf olan qisimə kornea deyilir.


Tarix: 16.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Oftalmologiya