beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kornea xəstəliyi

Gözümüzün önündəki saat şüşəsi kimi şəffaf olan qisimə kornea deyilir. Görmə qabiliyyətində şəkil pozuqluqları və göz şəffaflığının itməsi, birbaşa görmə keyfiyyətinə təsir etdiyindən kornea xəstəliyi yaranır. Bu xəstəlik doğuşdan və ya genetik də ola bilər. Sonradan alınan travmalar, infeksiyalar da korneaya təsir göstərir.
Buda görmə keyifiyyətini azaldır. Korneada şiddətli ağrı, gözlərdə batma və yanma hissi, işığa həssaslıq və s. problemlər də olur.
Bu baxımdan bəzi xəstələrə kornea nəqli edilir.
Kornea nəqli, göz kürəsinin dəyişdirilməsi əməliyyatına deyilir. Burada edilən yalnız saat şüşəsi kimi şəffaf olan mərkəzdəki toxunun dəyişdirilməsi nəzərdə tutulur. Damarsız olduğuna görə sinirlər dərinə doğru 300-400 qat yoğun olur. Kornea gözyaşı və göz içi mayesində bulunan oksigendən təmin edilir.
Məlumata görə kornea əməliyyatını 1905-ci ildə Eduard Zirm də tətbiq etmişdir.
Korneanın incəlməsi və dikləşməsi isə keratokonus olaraq bilinir. Xüsusi ilə kornea nəqli yuxarıda ifadə etdiyimiz keratokonus xəstəliyi başda olmaq üzrə hər cür şəffaflığını itirmiş və görmə itkisi olan xəstələrə tətbiq olunur.
Bəzi əməliyyatlarda göz infeksiyaların, əməliyyat sonrası tikiş yerlərindən sızıntıların, göz təzyiqinin, uveititin olduğu da bildirilir. Kornea əyriliyi isə astiqmatizim adlanır.
Onuda qeyd etmək lazımdır ki, kornea nəqli, bütün orqan nəqlləri içində müvəffəqiyyəti yüksək olan əməliyyatlardan birirdir.


Tarix: 16.01.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Oftalmologiya