beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Korluğun müalicəsində effektli metod

Kök hüceyrə metodu ilə işıq qəbuledici hüceyrələr yenilənə bilir. Heyvanlar üzərində aparılan təcrübələrdə göz işığında olan problem kök hüceyrə üsulu ilə aradan qaldırılıb. Məlumata görə bu üsulun sarı nöqtə başda olmaqla, bir çox görmə itkisini ortadan qaldırma potensialı var. Fərqli xüsusiyyətləri sayəsində hüceyrələrə bölünərək özlərini yeniləmə qabiliyyətinə sahib olan kök hüceyrə metodu korluğun müalicəsində əhəmiyyətli addımlardan hesab olunur. Məlumatda oda bildirilir ki, daha əvvəl kök hüceyrənin nəqli yoluyla, siçanlardakı görmə problemi həll edilmişdi. İngilis araşdırmaçılar hətta korluğa gətirib çıxaran işığı hissetmə tutumuna sahib olan hüceyrələri yeniləməyi bacarıblar. Kor siçanlara nəql edilən kök hüceyrələri işığı qəbul edən hüceyrələrə çevrilib. Bu çevrilmənin sürəti çox aşağı olsa da elm adamları üçün bu inkişaf, korluğa gedən prosesi geri çevirmə mövzusunda böyük əhəmiyyət daşıyır.
Prosesin görmə itkisi ilə korluğa aparan Stargardt (sıtargart) və makula degenerasiyası kimi xəstəliklərin müalicəsində bu üsulun təsirli ola biləcəyi deyilir.
Onuda qeyd etmək lazımdır ki, işıq qəbul edici hüceyrələrin canlı tutulması məqsədi ilə, insanlar üzərində dəstək hüceyrə möhkəmlətməsi üsulu ilə bəzi təcrübələr edilib.


Tarix: 16.01.2015 / 13:27 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Oftalmologiya