beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İngiltərəli alimlər göz xəstəliklərinə qarşı yeni üsul tapıblar

Travma ve infeksiyadan görmə qabiliyyətində problem yaşayanlar artıq göz alması transplantasiyasına getməyəcək.

Yeni müalicə üsulu olduqca asandır. Gözə yeləşdirilən alət sayəsində öncə müalicənin ediləcəyi yer müəyyən edilir.

Ardından gözün üst qismini örtən incə bir film təbəqəsi olan göz alması 60 dərəcəyədək isidilir. Bu proses göz təbəqəsi olan göz almasını kiçildərək əvvəlki hala qaytarır.

İmran Rəhman adlı ingiltərəli alim deyir ki, görmə qabiliyyətinin itirilməsi vacib xəstəliklərdən biridir. Bu yeni müalicə üsulu daha əvvəlkilərə görə daha effektlidir.

Lazerlə müalicəni üstələməsi gözlənən bu üsul hələlik sınaq mərhələsindədir. Araşdırmaçılar bu üsulun geniş istifadəsi üçün bir çox sınaqların uğurlu keçməsini vacib sayır.


Tarix: 16.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Oftalmologiya