beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaz allergiyası gözlərə təsir edir

Mardin dövlət xəstəxanasının başhəkimi Dr.Yavuz, yazda görülən allergiyalar və yaz mövsümündə istifadə edilən günəş eynəkləri mövzusunda məlumat verib.
Onun sözlərinə görə yazın gəlməsi ilə mart, aprel və may aylarında yayılan tozcuqlar, insanlarda və xüsusilə uşaqlarda bəzi allergik xəstəliklərə səbəb olur.
Allergik vəziyyətlərdə gözlərdə sulanma, yanma, yüngül və keçici görmə pozuqluğu kimi hallar olur. Bu tip allergik hadisələrdə soyuq su ilə gözə tətbiq olunacaq kompres, allergiyası olan insanları rahatlaşdırmaq üçün yetərlidir. Gözdə çəpəkilənmə vəziyyəti olduqda isə mütləq həkimə müraciət etmək lazımdır.
Dr.Yavuz, həmçinin yaz ilə birlikdə yaranan göz allergiyası qarşısında günəş gözlüyü seçiminin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə "Günəş gözlüyü seçərkən eynək şüşələrinin yüngül tünd rəngdə olması və günəş şüalarına maneə törədən xüsusiyyəti nəzərə alınmalıdır". Bahar aylarında gözləri allergiyadan qorumaq üçün mütləq keyfiyyətli günəş eynəkləri istifadə edilməlidir. Çünki, keyfiyyətsiz və tünd rəngdə olan şüşəli eynəklər gözü yorur. Şüşənin arxasında qalan göz, işığı az qəbul etdiyi üçün göz bəbəyi böyüyür. Bu da gözün normaldan çox yorulmasına səbəb olur. İstifadə ediləcək günəş gözlüyünün şüşələri, günəşin zərərli şüalarını (UV) qıran və əks maneə törədən xüsusiyyətdə olmalıdır. Bu qaydalar göz sağlamlığı üçün əhəmiyyətlidir. Ucuz satılan tünd qara şüşəli günəş eynəkləri isə göz sağlamlığına zərər etdiyindən məsləhət görülmür.


Tarix: 16.01.2015 / 13:15 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Oftalmologiya