beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qlaukoma 50 yaşdan sonra gözləri kor edir

Ümumdünya Sağlamlıq Təşkilatı korluq səbəbi sıralamasında ikinci sırada qlaukomanı qeyd edib.
Qlaukoma, xalq arasında "göz təzyiqi'' olaraq bilinir. Göz təzyiqi yüksək olduqda göz sinirinə təsir göstərir və qalıcı görmə itkisi yaradır.
Türkiyəli professor Dr. İbrahim Hepsen, dünya qlaukoma həftəsi ilə əlaqədar qiymətləndirmə aparıb. Onun sözlərinə görə 40 yaşı keçənlər və ailəsində qlaukoması olanlar müayinə olunmalı və göz təzyiqini ölçdürməlidir.
Göz təzyiqi normaldan yüksək olanların qlaukoma xəstəliyi üçün risk altında olduğunu bildirən həkim, 50 yaşını keçən hər kəsdə qlaukomanın inkişaf riskinin artdığını qeyd edib. Həmçinin ailəsində və yaxın qohumlarında qlaukoması olanları, yüksək miopiya və ya hipermetropiyadan əziyyət çəkənləri, göz yaralanması ya da əməliyyat keçirənləri, migren baş ağrısı olanları, kortizonlu dərmanlardan istifadə edənləri də aid edib. Qlaukomanın yol aça biləcəyi korluqdan qorunmanın ən yaxşı yolu erkən diaqnoz və müalicədir. Xüsusi ilə check-up müayinəsində gözün ətraflı müayinəsi aparılmalıdır. Bundan sonra göz həkimləri və qlaukoma mütəxəssisləri uyğun müalicə apararaq xəstəni müalicə edirlər.


Tarix: 16.01.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Oftalmologiya