beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görmə qabiliyyətinə təsir göstərən xəstəliklər

Bildiyimiz kimi, göz müayinəsi zamanı aşkar edilən xəstəliklər müalicə edilmədikdə göz sağlamlığı üçün müxtəlif fəsadlar törədir. Ani görmə itkisi və ya göz əzələlərində yaranan problemlər görmə qabiliyyətinə təsirsiz ötüşmür. Bu baxımdan astiqmatizim və katarakt adı verilən göz xəstəliklərinin də müalicəsi vaxtında edilməlidir.

Məlumata görə cavan insanlarda buynuz qişanın astiqmatizmi daha böyük olduqda görməyə o, qədər təsir etmir. Lakin, presbiopiyanın başlaması ilə, gözlərdə bu cür xəstəliklər yarana bilər.

Qeyri səlis görmədə yorğunluqla əlaqədar bulanıq görmə halları da olur. Bunun səbəbi göz yorğunluğu ilə əlaqədar inkişaf edən sulanma və poliopi adı verilən görmə problemidir.

Göz yorğunluğunda quruluq nəticəsində göz qızartısı inkişaf edir. Göz səyirməsi göz qapaqlarının birində və üst qapağında görülür.
Göz yorğunluğuna bağlı olaraq inkişaf edən göz səyirməsi yorğunluq davam etdiyi müddətcə təkrarlana bilər.

Gözdə olan qızartı və quruluqla əlaqədar, yanma və batma hissi meydana çıxır.


Tarix: 16.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Oftalmologiya