beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz sağlamlığında doğru bilinən səhvlər

Texnikanın həyatımızın hər sahəsinə müdaxilə etməsi insan orqanizminə də təsirsiz ötüşmür. Belə təsirlərdən çox ziyan görən insan orqanlarından biri də gözlərdir. Çox adam gündəlik görülən işlərdən, səsləndirilən fikirlərdən hansının doğru olub-olmadığını bilmir. Məsələn, yaxından televizora baxmaq gözə ziyandır? Yer kökü yemək göz nurunu artırır? kimi suallara düşünmədədn "hə" cavabını verəcək. Ancaq xalq arasında yayılan, lakin doğru olmayan çox bilgi gözə qulluqla bağlı insanların səhv addım atmasına səbəb ola bilər.

Türkiyəli professor Can Üstündağ göz sağlamlığı ilə doğru bilinən səhvləri açıqlayıb.

1.Eynək və ya linza taxmaq göz qüsurunun irəliləməsinə mane olur.
Doğru: Eynək və ya linza gözlük qüsurunun irəliləməsində hər hansı təsiri yoxdur. Bunun tək məqsədi daha yaxşı görməni təmin etməkdir.

2. Əgər insan uzağı və yaxını yaxşı görürsə, deməli, gözü sağlamdır.
Doğru: Xüsusilə, gənc yaşlarında insan yaxşı və aydın görsə də, onda astiqmatizm ola bilər.

3. Çox ağlamaq gözyaşını qurudur.
Doğru: Ağlamaq psixoloji hadisədir. Ağlamaqla göz yaşı qurumaz.

4. Sakitləşdirici gözlük baş və göz ağrısını azaldır.
Doğru: Sakitləşdirici eynək deyə bir şey yoxdur. Bu adla satılan eynəklərin heç bir faydası yoxdur.

5. Duzlu yeməklər göz sağlamlığına pis təsir edir.
Doğru: Duz yüksək təzyiq kimi xəstəliklər olan zaman pis təsir göstərə bilər. Onun göz sağlamlığına heç bir təsiri yoxdur.

6. Yaxından televizora baxmaq və ya kitab oxumaq görməyə mənfi təsir edir.
Doğru: Adıçəkilən amillərin göz sağlamlığı üzərində böyük təsiri yoxdur.

7. Yerkökü yemək gözün işığını artırır.
Doğru: Göz sağlamlığı üçün gərəkli olan vitamin və mineralların çoxu meyvə, tərəvəzdə var. Onlardan faydalanmaq üçün müntəzəm olaraq qəbul etmək lazımdır.

8.Katarakt sadəcə yaşlılarda olur.
Doğru: Katarakt daha çox yaşlı insanlarda müşahidə edilir. Ancaq bu xəstəlik uşaqlarda, gənclərdə də ola bilər.

9.Katarakt bir gözdən digərinə keçə bilər.
Doğru: Katarakt bir gözdən başqasına keçmir, ancaq çox zaman iki tərəflidir.

10. Uzun müddət kömputerlə işləmək görməni azaldır.
Doğru: Kömpüterlə uzun müddət işləmək kiçik göz qüsurlarının meydana çıxmasına səbəb ola bilər.

11. Körpələr eynək taxa bilməz.
Doğru: Körpələr 3 aylığından bəri eynək taxa bilər.

12.Uşaqlıqda olan çəpgüzlük böyüyəndə sağalır.
Doğru: Bəzi çəpgözlülüklər çox ciddi ola bilər. Onlar vaxtında müalicə ediləməlidir. Bunlar müalicə olunmasa, gələcəkdə göz tənbəlliyi, görmənin itirilməsi kimi ciddi xəstəliklərə yol aça bilər.

13. Göz damlası tökəndən sonra göz qapaqlarını sıxmaq lazımdır.
Doğru: Gözə hər hansı dərman tökəndən sonra onları sadəcə yatanda olduğu kimi yüngül formada bağlamaq lazımdır. Əks halda dərman gözyaşı kanalı ilə burun boşluğuna keçərək təsirini azalda bilər.


Tarix: 16.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Oftalmologiya