Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyit üçün nə etmək vacibdir-CƏNAZƏ NAMAZI

ÜÇÜNCÜ: CƏNAZƏ NAMAZI QILMAQ.

İki qism insan üçün cənazə namazı qılmaq vacib deyil:

Cənazə namazını nə qədər çox insan qılsa, ölən üçün bir o qədər xeyirdir:

Kişi və qadın cəsədlərindən ibarət bir neçə cənazə olduqda namaz necə qılınmalıdır?

Cənazə namazını harada qılmaq lazımdır?

İmam cənazənin hansı tərəfində dayanmalıdır?

Cənazə namazının qılınma qaydası:

Birinci təkbiri edərkən əlləri qaldırmaq olar:

Namaz qılmaq haram olunan vaxtlarda, cənazə namazı qılmaq olmaz. Yalnız zəruri hallar istisnadır:
[list]Cənazə üçün namaz qılmağın və cənazəni müşayiət etməyin fəziləti:

Cənazə namazı:
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), hədislərində buyurduğu əmrlərinə əsasən, ölmüş müsəlman üçün cənazə namazı qılmaq Fərzul Kifayədir (yəni, bir qrup insan bu namazı qılsa digərlərinin boynundan məsuliyyət düşər).
Demək Zeyd ibn Xalid əl-Cuhəni (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən biri Xeybər günü vəfat etdi. Onlar bu haqda Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdikdə o, dedi: «Yoldaşınız üçün cənazə namazı qılın». Bu sözdən sonra camaatın üz-gözü bürüşdü. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə dedi: «Sizin yoldaşınız Allah yolunda olarkən xəyanət etmişdir». Rəvayətçi deyir ki, biz onun çantasını axtardıq və orada qiyməti heç iki dirhəm olmayan yəhudilərə məxsus bir qiymətli daş tapdıq.[1]

İki qism insan üçün cənazə namazı qılmaq vacib deyil:
Birinci; Həddi buluğa çatmayan uşaq: Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oğlu İbrahim on səkkiz aylığında vəfat etdi. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun üçün cənazə namazı qılmadı»[2].
İkinci; Şəhid: Ənəs (Allah ondan razı olsun) deyir ki, «Uhud şəhidləri yuyulmadılar, qanlı-qanlı basdırıldılar və onlar üçün cənazə namazı da qılınmadı»[3].

Deyilən iki qism insan üçün cənazə namazı qılmağın vacib olmamasını demək, onlar üçün bu namazı qılmağın qadağan olması demək deyil:
Aişə (Allah ondan razı olsun) deyir ki, « ənsarlardan bir nəfərin uşağını Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gətirdilər və o da onun üçün cənazə namazı qıldı...»[4].
Abdullah ibn əz-Zubeyr (Allah ondan razı olsun) deyir ki, «Uhud günü Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Həmzənin cəsədini paltarla örtməyi əmr etdi. Sonra onun üçün cənazə namazı qıldı və namazda doqquz təkbir etdi. Sonra digər ölüləri də gətirib səfə düzdülər və onlar üçün cənazə qıldığı halda, digərləri ilə birlikdə Həmzə üçün də cənazə namazı qıldı»[5].

Cənazə namazını nə qədər çox insan qılsa, ölən üçün bir o qədər xeyirdir:
Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir ki, «istənilən cənazə üçün sayları yüzə çatan müsəlman bir dəstə namaz qılıb, onun bağışlanmasını diləsələr onların diləkləri məqbul sayılar»[6].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, «hər hansı bir ölmüş müsəlmanın cənazəsini, Allaha şərik qoşmayan qırx nəfər qılarsa, Allah onları ölən üçün mütləq şəfaətçi edər»[7].

Yaxşı olar ki, cənazə namazı qılanlar imamın arxasında üç səf dayansınlar, hətta sayları olsa belə:
Mərsəd əl-Yəzəni, Malik ibn Hubeyradan (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Hər hansı bir insan ölər və onun üçün üç səf müsəlman cənazə namazı qılarsa, bağışlanması mütləqdir». Rəvayətçi deyir ki, «Malik, cənazə qılanların sayının azlığını gördükdə, bu hədisə əsasən onları üç səfə bölərdi»[8].

Kişi və qadın cəsədlərindən ibarət bir neçə cənazə olduqda namaz necə qılınmalıdır?
Əslində hər cənazə üçün ayrılıqda namaz qılınmalıdır. Əgər onlar üçün birlikdə bir namaz qılarsa bu da caizdir. Belə halda imam kişilərin və oğlan uşaqlarının cəsədlərini birbaşa öz qarşısına, qadın və qız uşaqlarının cəsədlərini isə qiblə tərəfdən düzür.
Nafi deyir ki, İbn Ömər (Allah ondan razı olsun) eyni anda doqquz nəfər üçün cənazə namazı qılırdı. O, kişiləri imamın qarşısına, qadınları isə qiblə tərəfdən səfə düzdü. Əlinin (Allah ondan razı olsun) qızı, Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) arvadı Ummu Kulsum və Zeyd adlı oğlu birlikdə səfə qoyuldular. O gün imam Səid ibn əl-As (Allah ondan razı olsun) idi. Camaatın arasında isə İbn Abbas, Əbu Hureyrə, Əbu Səid və Əbu Qatədə (Allah onlardan razı olsun) kimi səhabələr var idilər. Demək uşağı imam tərəfə qoydular. Bu zaman bir nəfər kişi buna etirazını bildirdi. Mən isə İbn Abbasa, Əbu Hureyrəyə, Əbu Səidə və Əbu Qatədəyə (Allah onlardan razı olsun) baxıb dedim: Bu nədir? Onlar isə dedilər: «Sünnəyə görə belədir»[9].

Cənazə namazını harada qılmaq lazımdır?
Cənazə namazını məsciddə qılmaq olar:
Aişə (Allah ondan razı olsun) deyir ki, Səəd ibn Əbu Vaqqas (Allah ondan razı olsun) vəfat etdikdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri onun üçün cənazə namazı qılmaq niyyəti ilə cənazəsinin məscidə gətirilməsini tələb etdilər. Onlar da deyiləni etdilər. Demək cənazəni onların hücrələri qarşısına qoydular və onun üçün cənazə namazı qıldılar. Onun cənazəsini məscidin oturacaqlara tərəf açılan “əl-Cənaiz” adlı qapısından çıxardılar. Sonra onlar camaatın: “cənazələr məscidə daxil olmazdı” – sözləri ilə onlara ayıb etdiklərini eşitdilər. Aişə (Allah ondan razı olsun) bu xəbəri eşidəndə dedi: «İnsanlar, elmləri olmadığı bir şeyi necə də tez ayıb sayırlar!? Onlar cənazəni məscidə daxil etməyi bizə ayıb edirlər! Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Suheyl ibn Bəyda (Allah ondan razı olsun) üçün yalnız məscidin daxilində namaz qılmışdı»[10].
Lakin yaxşı olar ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtındakı kimi, cənazə namazı məscidin xaricində, cənazə namazı üçün nəzərdə tutulan yerdə qılınsın. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adətən belə edərdi.
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «yahudilər öz aralarında zina edən bir kişi və bir qadını Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gətirdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də onların məscidin qarşısında, cənazə namazı qılınan yerin yaxınlığında daşqalaq edilməsini əmr etdi»[11].
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, «Nəcaşi ölən gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun bəd xəbərini camaata çatdırdı. Sonra namazgaha çıxıb camaatı səfə düzdü və dörd dəfə təkbir etdi»[12].
Ənəsin (Allah ondan razı olsun) rəvayətinə əsasən cənazə namazını qəbirlərin arasında qılmaq olmaz. Rəvayətdə deyilir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbirlərin arasında cənazə üçün namaz qılmağı qadağan etmişdir»[13].

İmam cənazənin hansı tərəfində dayanmalıdır?
Əbu Ğalib əl-Xəyyat deyir ki, «mən Ənəs ibn Maliki (Allah ondan razı olsun) bir nəfər kişi üçün cənazə qılan gördüm. O, meyitin baş tərəfində dayanmışdı. Həmin cənazədən sonra qureyşlilərdən və ya ənsarlardan bir qadının cənazəsini gətirdilər və dedilər: Ey Əbu Həmzə, bu, filankəs qızı filankəsin cənazəsidir onun üçün cənazə namazı qıl. Sonra Ənəsz cəsədin ortasında dayanıb cənazə namazı qıldı. Bizim yanımızda əl-Əla ibn Ziyad əl-Ədəvi dayanmışdı. O, Ənəsin kişi və qadın üçün cənazə namazı qılarkən fərqli yerlərdə dayanışını görüb dedi: Ey Əbu Həmzə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də sənin kimi, kişinin və qadının cənazəsi üzərində belə fərqli yerlərdə dayanardı? Ənəs: Bəli – deyərək cavab verdi. Rəvayətçi deyir ki, əl-Əla üzünü bizə tərəf çevirib dedi: Bunu yadınızda saxlayın»[14].

Cənazə namazının qılınma qaydası:
Cənazə namazında dörd, beş və ümumiyyətlə doqquza qədər təkbir etmək olar. Hər dəfə fərqli-fərqli etmək daha yaxşıdır.
Dörd dəfə təkbir etmək haqqında dəlil, Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, «Nəcaşi ölən gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun bəd xəbərini camaata çatdırdı. Sonra namazgaha çıxıb camaatı səfə düzdü və dörd dəfə təkbir etdi»[15].
Beş dəfə təkbir etmək haqqında sübut, Əbdürrəhman ibn Əbu Leylanın rəvayətidir. O deyir ki, Zeyd ibn Ərqəm (Allah ondan razı olsun) bizim cənazələr üçün namaz qılarkən dörd dəfə təkbir edərdi. Bir dəfə bir cənazə üçün beş dəfə təkbir etdi və mən bu haqda onadan soruşdum. O isə belə cavab verdi ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də bu sayda təkbir edərdi[16].
Altı və ya yeddi dəfə təkbir edilməsi haqqında bir neçə mövquf rəvayətlər (səhabələrə nisbət olunan sözlər) mövcuddur. Amma bu rəvayətlər də Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) istinad olunan mərfu hədislər kimi məqbuldur. Çünki bəzi böyük səhabələr digər səhabələrin qarşısında belə etmişlər, lakin heç kəs buna öz etirazını bildirməmişdir.
Demək Abdullah ibn Məqil deyir ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun), Səhl ibn Huneyf üçün cənazə namazı qıldı və altı dəfə təkbir etdi və sonra üzünü bizə tutub dedi: O, Bədr döyüşünün iştirakçılarından idi (Allah cəmi səhabələrdən razı olsun)[17].
Musa ibn Abdullah ibn Yezid deyir ki, «Əli (Allah ondan razı olsun) Əbu Qatadə (Allah ondan razı olsun) üçün cənazə namazı qıldı və yeddi dəfə təkbir etdi. Əbu Qatədə də Bədr döyüşünün iştirakçılarından idi»[18].
Abdullah ibn Xeyr deyir ki, «Əli (Allah ondan razı olsun) Bədr döyüşü iştirakçıları üçün cənazə qılarkən altı dəfə təkbir edərdi. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) digər səhabələri üçün beş, sıravi insanlar üçün isə dörd dəfə təkbir edərdi»[19].
Doqquz dəfə təkbir emtəyin dəlilil isə budur. Demək Abdullah ibn Zubeyr deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Həmzə üçün cənazə namazı qıldı və doqquz dəfə təkbir etdi...»[20].

Birinci təkbiri edərkən əlləri qaldırmaq olar:
Abdullah ibn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cənazə üçün namaz qılarkən birinci təkbir zamanı əllərini qaldırar, sonra bir daha belə etməzdi»[21].
Demək cənazə namazında sağ əl sol əlin üzərinə qoyulub sinəyə yerləşdirilir.
Səhl ibn Səəd deyir ki, «insanlara, namaz əsnasında sağ əllərini sol dirsəkləri üzərinə qoymaları əmr olunurdu»[22].
Birinci təkbirdən sonra dərhal “əl-Fatihə” surəsini və əlavə bir surə oxuyur.
Talha ibn Abdullah ibn Ovf deyir ki, «mən İbn Abbasın (Allah ondan razı olsun) arxasında cənazə namazı qıldım və o namazda əl-Fatihə və başqa bir surə oxudu. O nə oxuduğunu bizə eşitdirmək üçün aşkar səslə oxuyurdu. O, namazı bitirdikdən sonra mən onun əlindən tutdum və bu haqda soruşdum. O isə dedi: Mən qəsdən aşkar səslə oxudum ki, siz bunun sünnə və haqq olduğunu biləsiniz»[23].
Cənazə namazında qiraət səssiz oxunur. Demək, Əbu Umamə ibn Səhl deyir ki, «sünnəyə əsasən cənazə namazının birinci rükətindən sonra səssiz şəkildə əl-Fatihə surəsi oxunur. Sonra üç dəfə təkbir edilir və sonuncu təkbirdən sonra salam verilir»[24].
İkinci təkbirdən sonra Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat deyilir. Demək Əbu Umamə deyir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən biri ona xəbər vermişdir ki, «sünnəyə əsasən cənazə namazında imam birinci təkbiri etdikdən sonra səssiz şəkildə fatihə surəsini oxuyur. Sonra Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat deyir və hər üç təkbirdə ölən üçün dua edir. Amma bu rükətlərin heç birində başqa quran ayəsi oxunmur. Sonra səssiz şəkildə salam verib namazı bitirir»[25].
Demək qalan təkbirləri edir və bu zaman yalnız ölən üçün dua edir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur:
«Meyit üçün namaz qıldıqda yalnız onun üçün dua edin»[26].
Edilən dua səhih sənədlə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət olunan dualar olmalıdır. Ovf ibn Malik (Allah ondan razı olsun) deyir ki, bir dəfə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cənazə üçün namaz qılarkən mən onun belə dua etdiyini əzbərlədim:
«اللَّهُمَّ اغْفِرْ لَهُ وارْحَمْهُ وعَافِهِ واعْفُ عَنْهُ وأكْرِم نُزُلَهُ وَوَسِّع مُدْخَلَهُ واغْسِلْهُ بِالماءِ والثَّلجِ وَالبَرَدِ وَنَقّهِ مِنَ الخَطَايَا كَمَا نَقّيتَ الثَّوبَ الأبيضَ مِنَ الدَّنَسِ وابْدِلهُ دارًا خَيرًا مِن دارِهِ وأهْلاً خَيرًا مِن أهْلِهِ وزَوجًا خَيرًا مِن زَوجِهِ وادْخِلهُ الجنَّةَ وأعِذهُ منَ عَذابِ القَبرِ وعَذَابِ النَّارِ»
«Allahumməğfir ləhu vərhəmhu və afihi vəfu anhu və əkrim nuzuləhu və vassi mudxaləhu vəğsilhu bilməi vəs səlci vəl bərəd. Və nəqqihi minəl xətayə kəmə yunəqqa əs-sovbul əbyədu minəd dənəs. Və əbdilhu darən xeyran min darihi və əhlən xeyrun min əhlihi və zovcən xeyrun min zovcihi və ədxilhul cənnətə və əizhu min azəbil qabr və azəbin nar».
«Allahım onu bağışla, ona rəhm et, onun əhvalını yaxşı et, onu əfv et, onun yerini yumşaq et, girdiyi yerini (qəbrini) geniş et, onu su, qar və dolu ilə yu və xətalarından ağ paltarı çirkdən təmizlədiyin kimi təmizlə və onun evinin əvəzinə daha yaxşı ev, ailəsinin əvəzinə daha yaxşı ailə, həyat yoldaşının əvəzinə daha yaxşı həyat yoldaşı ver! Onu Cənnətə göndər, onu qəbr və Cəhənnəm əzabından qoru». Səhabə deyir ki, mən bu duaları eşidərkən həmin meyitin yerində özümün olmasını təmənna etdim[27]».
Sonuncu təkbirlə salam arasında dua etmək caizdir. Demək Əbu Yəfur, Abdullah ibn Əbi Ovfədən (Allah ondan razı olsun) rəvayət edir və deyir: «Mən onun cənazə namazı qıldığını gördüm. O, namazda dörd dəfə təkbir etdi, sonra bir müddət dayanıb dua etdi və dedi: Siz mənim beş dəfə təkbir edəcəyimi sanırdınız?! Orada olanlar: xeyr – deyərək cavab verdilər. O, dedi: Həqiqətən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dörd dəfə təkbir edərdi»[28].
Sonra fərz namazlarda salam verdiyi kimi, sağ və sol tərəfə salam verir. Demək Abdullah Məsud (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi üç şey vardır ki, insanlar onları tərk ediblər. Onlardan biri cənazə namazında, fərz namazlardakı kimi salam verməkdir»[29].
Namazı bitirərkən bir dəfə də salam vermək olar. Demək Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir cənazə üçün namaz qıldı, namazda dörd təkbir etdi və bir tərəfə salam verdi»[30].

Namaz qılmaq haram olunan vaxtlarda, cənazə namazı qılmaq olmaz. Yalnız zəruri hallar istisnadır:
Demək Uqbə ibn Amir (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə günün üç vaxtı namaz qılmağı və ya ölülərimizi basdırmağı qadağan edirdi. Günəş doğub tam yüksələnə qədər, günorta kölgə itən vaxtdan günəş zenit xəttini keçənə qədər, günəş batmağa doğru meyl edib ta batana qədər»[31].

Cənazə üçün namaz qılmağın və cənazəni müşayiət etməyin fəziləti:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim cənazə üçün namaz qılıb onu müşayiət etməzsə bir qirat, müşayiət edərsə iki qirat savab qazanar. Orada olanlar: İki qirat nə qədərdir? – deyə soruşdular. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Ən kiçiyi Uhud dağı böyüklükdədir»[32].
Cənazəni müşayiət etmək haqqında vəd olunan savab qadınlara deyil, kişilərə aiddir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlara cənazəni müşayiət etməyi qadağan etmişdir. Bu qadağa deyilən əməlin məkruh olmasına dəlalət edir. Demək Ummu Atiyyə (Allah ondan razı olsun) deyir ki, «Bizə cənazəni müşayiət etmək qadağan olundu, amma haram edilmədi»[33].


[1] Hədis səhihdir. əl-Cənaiz: səh. 79. Əbu Davud: 7/ 378/ ? 2693. İbn Macə: 2/ 950/ ? 2848. Nəsai: 4/ 64.
[2] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 80. Səhih Sünən Əbu Davud: ? 2729. Əbu Davud: 8/ 476/ ? 3171.
[3] Hədis həsəndir. ? 2688. Əbu Davud: 8/ 408/ ? 3119. Onun rəvayəti belə müxtəsərdir. Tirmizi: 2/ 241/ ? 1021. Onun rəvayəti isə uzun verilmişdir.
[4] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1839. Müslim: 4/ 2050/ ? 2262. Nəsai: 4/ 57.
[5] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 49. Hədisin sənədinin rəvayətçiləri etibarlıdırlar. Onu Təhavi “Məani əl-Əsar” kitabında (1/ 290) rəvayət etmişdir.
[6] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1881. Müslim: 2/ 654/ ? 947. Tirmizi: 2/ 247/ ? 1034. Nəsai: 4/ 75.
[7] Hədis səhihdir. Silsilə Səhihə: ? 2267. Müslim: 2/ 655/ ? 948. Əbu Davud: 8/ 451/ ? 3154. İbn Macə: 1/ 477/ ? 1489. Oxşar rəvayətlə.
[8] Hədis həsəndir. əl-Cənaiz: səh. 99-100. Əbu Davud: 8/ 448/ ? 3150. Tirmizi: 2/ 246/ ? 1033. İbn Macə: 1/ 478/ ? 1490.
[9] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1869. əl-Cənaiz: səh. 103. Nəsai: 4/ 71.
[10] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1859. Müslim: 2/ 668/ ? 973. Rəvayətin bu mətni onundur. Hədisi müxtəsər rəvayət edənlər isə bu alimlərdir: Əbu Davud: 8/ 477/ ? 3173. Nəsai: 4/ 68.
[11] Hədis səhihdir. əl-Cənaiz: səh. 106. Buxari: 3/ 199/ ? 1329.
[12] Buxari: 3/ 116/ ? 1245. Müslim: 2/ 656/ ? 951. Əbu Davud: 9/ 5/ ? 3188. Nəsai: 4/ 72.
[13] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 108. Albani demişdir ki, bu hədisi Təbərani əl-Əvsət kitabında rəvayət etmişdir (2/ 80/ 1).
[14] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1214. Əbu Davud: 8/ 484/ ? 3178. Tirmizi: 2/ 249/ ? 1039. İbn Macə: 1/ 479/ ? 1494.
[15] Buxari: 3/ 116/ ? 1245. Müslim: 2/ 656/ ? 951. Əbu Davud: 9/ 5/ ? 3188. Nəsai: 4/ 72.
[16] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1222. Müslim: 2/ 659/ ? 957. Əbu Davud: 8/ 494/ ? 3181. Tirmizi: 2/ 244/ ? 1028. İbn Macə: 1/ 482/ ? 1505. Nəsai: 4/ 72.
[17] Rəvayətin sənədi səhihdir. əl-Cənaiz: səh. 113. Hakim: 3/ 409. Beyhəqi: 4/ 36.
[18] Rəvayətin sənədi səhihdir. əl-Cənaiz: səh. 114. Beyhəqi: 4/ 36.
[19] Rəvayətin sənədi səhihdir. əl-Cənaiz: səh. 113. Darəqutni: 2/ 73/ ? 7. Beyhəqi: 4/ 37.
[20] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 49. Hədisin sənədinin rəvayətçiləri etibarlıdırlar. Onu Təhavi “Məani əl-Əsar” kitabında (1/ 290) rəvayət etmişdir.
[21] Sənədin rəvayətçiləri etibarlıdırlar. əl-Cənaiz: səh. 116.
[22] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 402. Buxari: 2/ 224/ ? 740. Malik: 111/ 376.
[23] Hədis səhihdir. əl-Cənaiz: səh. 119. Nəsai: 4/ 75. Cənazə namazında yalnız əl-Fatihə surəsinin oxunmasını isə bu alimlər rəvayət ediblər: Buxari: 3/ 203/ ? 1335. Əbu Davud: 8/ 495/ ? 3186. Tirmizi: 2/ 246/ ? 1032. İbn Macə: 1/ 479/ ? 1495.
[24] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 111. Nəsai: 4/ 75.
[25] Hədis səhihdir. əl-Cənaiz: səh. 122. Şafii “əl-Umm”: 1/ 270. Beyhəqi: 4/ 39.
[26] Hədis həsəndir. əl-İrva: ? 732. Səhih əl-Cami əs-Səğir: ? 669. Əbu Davud: 8/ 496/ ? 3183. İbn Macə: 1/ 480/ ? 1497.
[27] Hədis səhihdir. əl-Cənaiz: səh. 123. Müslim: 2/ 662/ ? 963. İbn Macə: 1/ 481/ ? 1500. Nəsai: 4/ 73.
[28] Rəvayətin sənədi səhihdir. əl-Cənaiz: səh. 126. Beyhəqi: 4/ 35.
[29] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 127. Beyhəqi: 4/ 43.
[30] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 128. Hakim: 1/ 360. Beyhəqi: 4/ 43.
[31] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1233. Müslim: 1/ 568/ ? 831. Əbu Davud: 8/ 481/ ? 3176. Tirmizi: 2/ 247/ ? 1035. Nəsai: 1/ 275. İbn Macə: 1/ 486/ ? 1519.
[32] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6355. Müslim: 2/ 653/ ? 945.
[33] Buxari: 3/ 144/ ? 1278. Müslim: 2/ 646/ ? 938. Əbu Davud: 8/ 449/ ? 3151. İbn Macə: 1/ 502/ ? 1577.


Tarix: 01.05.2013 / 17:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 510 Bölmə: Maraqlı melumatlar
loading...