Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlman qardaşının qeybətini eşidən nə etməlidir

İmam Nəvəvi (Allah ona rəhmət etsin!) buyurur: “Bil ki, müsəlman haqqında edilən qeybəti eşidən hər bir kəs qeybət edənə cavab qaytarmalı və onun baş verməsinə mane olmalıdır. Sözlə mane ola bilməsən, əlinlə mane ol! Əllə və dillə mane olmağı bacarmırsansa həmin məclisi tərk et! Çünki, bir insan haqqında edilən qeybətə qulaq asmaq haqsızlıq və günahdır”. (Nəvəvi “əl-Əzkar 294”)

Atbanın (Allah ondan razı olsun!) məşhur olan hədisində qeyd olunur ki, peyğəmbər (s) namaz qılmağa qalxdı. Səhabələr Malik bin Duxşinin harada olduğunu soruşdular. Bəziləri isə onun Allah və rəsulunu sevməyən münafiq olduğunu söylədi. Peyğəmbər (s) buyurdu: “Belə söyləmə, məgər görmürsənmi, o, “lə iləhə illallah” deyərək Allahın gül camalını görmək istəyir”. Dedilər: “Allah və rəsulu daha yaxşı bilir.” Biz burada rəsulullahın (s) münafiqlərə necə münasibət göstərdiyinin şahidi oluruq. Rəsulullah (s) buyurur: “Allah taala “lə iləhə illallah” deyərək Allahın gül camalını görmək istəyən hər kəsə Cəhənnəmi haram etmişdir”. (Buxari 1/110 Müslim 1/455)
Cabir bin Abdulla və Əbu Talhədən (Allah onlardan razı olsun!) rəvayət olunur ki, peyğəmbər (s) buyurdu: “Bir müsəlman başqa bir müsəlmanın şəxsiyyəti və namusu tapdalanan yerdə ondan üz çevirərsə, Allah da ondan uğur əldə etmək istədiyi yerdə üz çevirər. Bir müsəlman başqa bir müsəlmanın şəxsiyyəti və namusu tapdalanan yerdə ona kömək edərsə, Allah da uğur əldə etmək istədiyi yerdə ona kömək edər”. (Əbu Davud 4/271 Əhməd 4/30 Şeyx Albani bu hədisin həsən hədis olduğunu qeyd etmişdir. Bax; “Səhih əl-Cami əs-Sağir 5/160)
Əbu Dərdadan (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Kim müsəlman qardaşının namusunu qoruyarsa, Qiyamət günü Allah da onun üzünü oddan qoruyar”. (Əhməd 6/450 Tirmizi 4/327 Şeyx Albani hədisin səhih olduğunu qeyd etmişdir. Bax; “Səhih əl-Cami əs-Sağir 5/295)
Əsma bint Yəziddən rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Kim qeybət zamanı müsəlman qardaşının ətini yeməkdən üz çevirərsə, Allah onu oddan azad edər”. (Əhməd 6/461 bax “Səhih əl-Cami” rəqəm 6116, 5/290)


Tarix: 17.04.2013 / 13:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar
loading...