beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kredit kartlardan istifadə etmək

Sual- Bəzi banklar müştərilərinə “Viza” adlanan kartlar verirlər. Bu kart vasitsəilə müştərilər, pul çəkdikləri anda hesablarında kifayət qədər vəsait olmasa belə bankdan nağd pul çəkmək imkanına sahib olurlar. Müəyyən vaxtdan sonra, müştəridən çəkdiyi pulu geri ödəməsi tələb olunur və həmin müəyyən olunan vaxtdan əvvəl müştəri pulu ödəyə bilmədikdə, bank müştərinin götürdüyü ilk (ana pulun) üstünə faiz əlavə edir. Qeyd edim ki, bu əlavə pul müştərinin kartdan istifadəyə görə illik ödədiyi puldan əlavə olaraq ödənilir. Xahiş edirəm, bu kartdan istifadə ilə əlaqədar hökmü bizə açıqlayın və kartdan istifadə qadağan olunduğu təqdirdə bunun başqa bir yolu mövcuddurmu? Allah sizləri xeyir ilə mükafatlandırsın.

Cavab- Bu cür sövdələşmə haramdır. Çünki bankdan götürülən pul müəyyən olunmuş vaxtda ödənmədiyi təqdirdə siz əlavə faiz ödəməyi öhdənizə götürmüsünüz. Bu cür öhdəlik (sövdələşmə) haramdır. Hətta bir kəs həmin zaman müddəti başa çatmazdan əvvəl borcunu ödəməsinə inansa və yaxud bundan əmin olsa, ola bilsin ki vəziyyət dəyişə bilər və müəyyən olunmuş vaxt çərçivəsində pulu geri ödəyə bilməz. Bir halda ki, bu məsələ gələcək ilə əlaqədar məsələdir, insan (aydın məsələdir ki) gələcəkdə nə baş verəcəyini bilmir, ona görə də bu cür sövdələşmə bu halda haramdır.

Silsilə Kitab əd-Dəvəh (12), əl-Fətəvə-Cild 3, Səh. 120-121


Muhammad ibn Salih əl Useymin


Tarix: 06.04.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar