beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Içməkdə Olan Qadağalar

Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – su qablarının ağzını əyərək onlardan su içməyi qadağan etmişdir”.Buxari 5625,5627, Müslim 2023. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən heç kimsə ayaq üstə su içməsin......(”. Müslim 2026. )

. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qabın içinə nəfəs verməyi və ya (yeyiləsi və içiləsi bir şeyin içinə) üfləməyi qadağan etmişdir”. Tirmizi 1888,1889. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir nəfərin ayaq üstə su içməsini qadağan etdi”.


BƏZİ ŞÜBHƏLƏRİN AYDINLAŞDIRILMASI

Bəzi insanlar təqva əlaməti olaraq şübhəli şeylərdən qaçmaq məqsədilə böyük günah sahiblərinin kəsdikləri heyvanların ətlərini yeməyi qadağan edirlər. Bu da dində ifrata varmaqdır ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizi bundan çəkindirmişdir. Ənəs – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Asanlaşdırın çətinləşdirməyin, sevdirin nifrət etdirməyin”. Buxari. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dində çox ifratdan (şişirtməkdən) çəkinin. Həqiqətən sizdən əvvəlkiləri dində çox ifratçılıq (şişirtmək) məhv etdi”. Nəsəi 4/49, İbn Məcə 3/29, Əhməd 1/215, əl-Albani Səhih. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İfrata varanlar məhv oldular”. Müslim 2670, Əbu Davud 4608.
İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Dində çox ifrat – sözləri ümumidir və özündə bütün növ ifratçılığı əhatə edir. Bu da istər etiqadda, istərsə də əməllərdə olsun”. “İqtida” 1/328. Hafiz İbn AbdulBər – rahmətullahi aleyhi - deyir ki: “Müsəlman bir imsənin kəsdiyi hər bir şeyi yemək icazəlidir və hesab etmək lazımdır ki, o Allahın adını zikr edərək kəsmişdir. Çünki müsəlman haqqında əksi sübut olunana qədər yaxşıdan başqa heç bir şey düşünmək olmaz”. “Neylul Əvtar” 4/327.
Ətin halı onu kəsənin halından aslıdır. Əgər heyvanı kəsən kimsə müsəlmandırsa və onu İslamdan çıxardacaq (açıq-aydın) bir küfr, şirk əməli yoxdursa, həmçinin onun kəsdiyi heyvanın üzərində Allahın adını zikr edib, etmədiyi bilinmirsə bütün alimlərin ittifaqı ilə belə bir əti yemək olar. “Əhkamul Zəbh” 57.


Tarix: 13.04.2013 / 15:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Maraqlı melumatlar