beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn ibn Ruh Nobəxti

im Hüseyn ibn Ruh Nobəxti - İmam Mehdinin xüsusi nümayəndəsi.

Məhəmməd ibn Osmanın həyatının son günlərində bir dəstə şiə onun yanına gedir. O deyir: "Mən vəfat etdikdən sonra mənim yerimə İmamın nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nobəxti olacaq. Bundan sonra ona müraciət edin və işlərinizdə ona etibar edin."

Hüseyn ibn Ruh ikinci naibin ən yaxın adamlarından olmuş və Məhəmməd ibn Osman (ikinci naib) özündən sonra onun naib olması üçün əvvəldən zəmin yaradır, şəri vergiləri təhvil vermək üçün şiələrə ona müraciət etməyi göstəriş verirdi. O, Məhəmməd ibn Osman ibn Səidlə şiələr arasında bir vasitə idi. Hüseyn ibn Ruh şiə məzhəbinin əhkamına dair "Ət-Tədib" adlı bir kitab yazmışdı. Yazdığı bu kitaba öz münasibətlərini bildirmək məqsədilə onu Qum fəqihlərinə göndərir. Onlar bu kitabı nəzərdən keçirdikdən sonra ona məktub yazıb bildirirlər ki, bir məsələdən başqa bütün məsələlər şiə fiqhinə uyğundur. Hüseyn ibn Ruhla bir dövrdə yaşamış bəzi şəxslər onun düşüncə və istedadını tərifləyərək demişlər: "İstər onunla müvafiq olan, istərsə də müxalif olan şəxslərin dediyinə əsasən, Hüseyn ibn Ruh dünyanın ən ağıllı adamlarından biridir."

İmam Məhdinin (ə) üçüncü nümayəndəsi Hüseyn ibn Ruh Nobəxti Abbasi xəlifəsi Müqtədirin hakimiyyəti dövründə beş il həbsdə olmuş, üç yüz on yeddinci ildə azad edilmişdir. İyirmi bir il nümayəndəlikdən sonra hicrətin üç yüz iyirmi altıncı ilində vəfat etmişdir.


Tarix: 26.02.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Maraqlı melumatlar