Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XEYİRLİ İŞLƏR GÖRMƏYƏ TƏLƏSMƏK

13.«(Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın!». (əl-Bəqərə 148).
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Uca Allah Qiyamət günü buyuracaq: «Ey Adəm oğlu! Mən xəstə idim, Sən isə məni ziyarət etmədin!» (Adəm oğlu): «Ya Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mən Səni necə ziyarət edə bilərəm?» deyə soruşacaq. Allah: «Məgər sən bilmirdin ki, mənim filan qulum xəstələnib sən də onu ziyarət etmədin? Məgər sən bilmirdin ki, əgər onu ziyarət etsəydin məni də onun yanında tapardın!» deyə buyuracaq. Allah: «Ey Adəm oğlu! Mən səndən yeyəcək istədim sən isə mənə yeyəcək vermədin!» deyə buyuracaq. (Adəm oğlu): «Ya Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mən Səni necə yedirdə bilərdim?» deyə soruşacaq. Allah: «Məgər sən bilmirdin ki, mənim filan qulum səndən yemək istəmişdi, sən də onu yedirtmədin! Məgər sən bilmirdin ki, əgər onu yedirtsəydin şübhəsiz ki, onun (savabını) mənim yanımda tapardın!» deyə buyuracaq. Allah: «Ey Adəm oğlu! Mən səndən su istəmişdim sən isə mənə vermədin!» deyə buyuracaq. (Adəm oğlu): «Ya Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mən Sənə necə su verə bilərəm?» deyə soruşacaq. Allah: «Məgər səndən filan qulum su istəməmişdi, sən isə ona vermədin. Əgər sən ona su vermiş olsaydın şübhəsiz ki, onun (savabını) mənim yanımda tapardın!» deyə buyurdu
(Müslim 2569.)


Tarix: 25.04.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar
loading...