beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybətin icazə verildiyi hallar

Sual: Qeybət etməyə hansı hallarda izn verilir?

Cavab: Həmd Allaha məxsusdur.
Alilmlər bildirmişdirlər ki, müəyyən hallarda qeybət etməyə icazə verilir. Bunlar aşağıdakılardır:

. Şikayət etmək: Zülmə məruz qalan, məzlum birinin rəhbərə və yaxud hakimə və ya zülm edənin məsələsinə baxmağa səlahiyyəti və gücü olan şəxslərə şikayət etməsinə icazə verilir.

2. Fəsad, şərri dəyişmək və günahkarı doğru yola gətirmək üçün kömək istəmək. Məsələn, bir iş görə biləcəyinə, məsələyə əlac tapacağına ümid etdiyiniz birinə belə deyə bilərsiniz: “Filankəs və filankəs bu cür əməllər edir, ona söyləyin bu cür etməsin.


3. Nəsihət və yaxud fətva almaq. Məsələn müftiyə: “Filankəs, mənim atam/qardaşım mənə bu cür etməklə zülm etmişdir, onun belə etməyə haqqı varmı? Mən bu problemi nə cür həll edə bilərəm və mənə toxunan zərəri necə aradan qaldıra bilərəm?

4. Müsəlmanları birinin fitnəsindən xəbərdar etmək, məsələn bəzi rəvayətçilər və yaxud şahidlər, müəlliflərin zəif cəhətlərini onlara başa salmaq, bildirmək. Bura həmçinin nöqsanlı malları alanı görmək və ya oğru, zinakar ilə dostluq edəni ondan xəbərdar etmək və yaxud qadın bir qohumunu bu cür kişi ilə evləndirməkdən çəkindirmək daxildir. Bu barədə siz onlara səmimi bir nəsihət etməklə bunu onlara bildirməlisiniz, fitnə (zərər) yaratmaq və fəsad yaymaq məqsədilə bu cür etmək olmaz.


5. Bir insan açıq aşkar şər işləyir və yaxud bidət yayırsa, məsələn içki içirsə və insanların malların qeyri-qanuni olaraq alırsa, onun bu əməlindən açıq-aşkar danışmaq olar. Lakin, başqa bir səbəb olmadıqca onun əleyhinə başqa cür danışmaq olmaz.

6. Tanımaq üçün: Əgər birinin zəif görürsə (zəif görmə qabiliyyəti olan) və yaxud kordursa və ya bir gözü varsa və ya axsaq isə (bu cür çağırılırsa) onu tanıtmaq üçün bu cür söyləmək olar. Lakin onu alçaltmaq məqsədilə bu cür söyləmək haramdır. Onu başqa cür tanıtmaq mümkünsə bu daha yaxşıdır.


Fətəvə əl-Ləcnə əl-Dəimə lil İftədə (26/20) deyilir: Buna ehtiyac, zərurət varsa şəriətdə dəlillərdə bildirildiyi kimi bir insanın qiyabında (onun iştirakı olmadan) müəyyən hallarda danışmaq olar. Məsələn, biri səninlə evlilik barəsində məsləhətləşirsə və yaxud biznes əməkdaşlığı etmək istəyirsə və ya biri səlahiyyət orqanlarına onun zülmünə son qoyulmasını şikayət edirsə. Bu halda onun xoşlamayacağı şeyləri onun haqqında danışmaq olar. Çünki bununla bir faydaya xidmət olunur. Alimlərdən biri iki misra şerdə bir insan haqqında nə zaman qeybət etmək hallarını cəm etmişdir:

Altı (halda)-şikayət, tanıtmaq, xəbərdarlıq- qeybət deyildir.
İnsan açıq-aydın fəsad, şər işləyərsə
Məsləhət istənərsə
Fitnəni dəf etmək üçün kömək istənərsə

Allah daha yaxşı bilir.


Tarix: 14.04.2013 / 12:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Maraqlı melumatlar