beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Allahın doğru yoludur

Kim bu yolun yolçusu olsa, müvəffəqiyyət qazananlardan olar. Nəvvas ibn Səmandan rəvayət olunur ki, Allahın elçisi buyurmuşdur: «Allah-taala doğru yolu misal gətirir. Yol hər iki tərəfdən hasara alınmışdır və bu hasarlarda açıq qapılar vardır.

Qapıların üzərindən nazik və boş pərdələr asılmışdır. Yolun ağzında bir nəfər dayanıb insanları çağırırdı: “Ey insanlar! Hamılıqla bu yola daxil olun, əsla başqa istiqamətə əyilməyin!” Bir nəfər də yolun ortasında dayanaraq bu qapılardan hansınısa açmaq istəyənə belə deyirdi: “Vay sənin halına! Onu açma! Əgər onu açmış olsan, ora daxil olacaqsan”. Bu yol islamdır. Hasarlar Allah-taalanın hüdudları, açıq qapılar Allah-taalanın haram buyurduqları, yolun ağzında dayanıb insanları çağıran uca və böyük Allahın Kitabı, yolun üstündə dayanıb insanları səsləyən isə Allah-taalanın hər bir müsəlmanın qəlbindəki moizəçisidir».(Əhməd və Hakim )
Tirmizinin rəvayətində isə belə bir əlavə vardır: «Allah [bəndələrini] əmin-amanlıq yurduna [Cənnətə] çağırır və istədiyini doğru yola salır!»(Yunus, 25.)


Tarix: 14.04.2013 / 12:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar