beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündəlik namazların sünnələri

sual-
salam aleykum qardash gundelik namazlarinin sunnetlerini allah rizasi uchun mene deyin allah siz

cavab-
va aleykum salam.
Gundəlik namazların sünnələri belədir.

1.Səhər namazı.
Səhər namazının sünnəsi 2 rukətdir və səhər namazının vaxtı girdikdən sonra səhər namazından əvvəl qılınır.Bu sünnə namazlarına ratibə sünnələri deyilir.Yəni namaza bağlı olna sünnə namazları

2.Günorta namaz.
Günorta namazından əvvəl 2 və ya 4 rukət və namazdan sonrada 2 rukət qıla bilərsiniz.

3.Əsər namazı
Əsr namazındən əvvə və sonra ratibə (yəni namaza bağlı) bir sünnə yoxdur.
Amma Əsr namazından əvvəl 4 rukət sünnə namazı qılmaq olar.Buna namaza bağlı olmayan sünnə deyilir.
Hədisi şərifdə peyğəmbərimiz (sav) buyurmuşdur:
"Kim Əsər namazından əvvə 4 rukət sünnə qılarsa , Uca Allah ona cəhənnəmi haram qılar.Baş bi rəvayətdə isə: Kim əsr namazından əvvəl 4 rukət sünnə qılarsa Allah ona rəhm etsin.

4.Məğrib, yəni Axşam namazı
Axşan namazından sonra 2 rukət ratibə sünnəsi qıla bilərsən.

4.İşa namazı
İşa namazından sonra 2 rukət ratibə sünnəsi qıla bilərsən.


Tarix: 07.04.2013 / 16:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Maraqlı melumatlar