beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜSİBƏTLƏ İMTAHAN

ər-RAHMAN və ər-RAHİM olan ALLAH`ın Q adı ilə...

Şübhəsiz ki, həmd ALLAH`a məxsusdur! Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik! Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq! ALLAH kimə hidayət versə onu heç kim azdıra bilməz. Kimi də azdırsa ona heç kim hidayət verə bilməz. Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Həmçinin şəhadət edirəm ki, Muhəmməd (sav) Onun qulu və Rəsuludur. ALLAH Ona, ailəsinə və əshabına xeyir-dua və çoxlu salam etsin!..

ALLAH`dan kamil bir təqva ilə layiqincə qorxun ey ALLAH`ın qulları! Çünki təqva ilə nemətlər artar və bəlalar uzaqlaşar.
Ey müsəlmanlar! UCA ALLAH , məxluqatın qədərlərini və ömürlərini təyin etmiş, edəcəklərini və nəticələrini yazmış, qazanclarını və mallarını bölüşdürmüşdür. Kimin gözəl əməl edəcəyini imtahan etmək üçün həyatı və ölümü yaratmışdır. ALLAH`ın qəza və qədərinə iman etmək, imanın şərtlərindən biridir. Yer üzündə olan hər bir hərəkət və sakitlik ancaq ALLAH`ın istəyi və iradəsi ilədir. Kainatda olan hər şey, ALLAH`ın təqdiri və yaratması ilə vardır.
Dünya çətinlik və kədərlərlə doludur. Çətinlik və qorxularla birlikdə yaradılmışdır. İsti və soyuq kimi maneə və çətinliklərlə insan mütləq qarşılaşır:
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!”(əl-Bəqərə surəsi, 2/155)
Müsibətlər, səmimi olanla yalançının ortaya çıxdığı imtahanlardır.
“İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” - demələri ilə onlardan əl çəkilib im¬tahan olunmayacaqlarınımı sanırlar?”(əl-Ankəbut surəsi, 29/2)
Nəfs ancaq sınanmaqla saflaşır. Müsibətlər doğru adamları ortaya çıxardır.
İbnu`l-Cəvzi belə deyir:
“Salamatlığının və sağlamlığının müsibətsiz bir şəkildə davam etməsini istəyən, vəzifəsini anlamamış və təslimiyyəti qavraya bilməmişdir. Mömin və ya kafir olsun hər nəfs mütləq əziyyəti dadacaqdır. Həyat, problemlər və təhlükələr üstündə qurulmuşdur. Heç kim imtahan və əziyyətlərdən tamamilə qurtulmağı ümid etməsin. İnsan ömrünü, nemətlərin dəyişməsi və müsibətlərin qarşılanması ilə keçirir. Adəmə mələklər səcdə etdi. Bir vaxtdan sonra cənnətdən çıxarıldı.
İmtahan, istək və arzuların əksinin baş verməsidir. Hər kəs mütləq imtahanın əziyyətini dadar. Fəqət bəzilərinin imtahanı az, bəzilərinin çox olur. Mömin, ona əzab edilməsi üçün deyil, təmizlənməsi üçün imtahan edilir. Xoşbəxtlik anında fitnələrlə, çətinlik anında müsibətlərlə imtahan edilir:

“...Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər.”(əl-Ə`raf surəsi, 7/168)

İstənməyən şey, sevilən bir şeyi özü ilə gətirə bilər. İstənən şey də, sevilməyən bir şeyi özü ilə gətirə bilər. Sevindirici şeylərdən sənə zərər gəlməyəcəyini düşünmə! Zərərli şeylərdən də sənə sevindirici şeylərin gəlməsindən ümidini kəsmə!

“...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) ALLAH bilir, siz bilməzsiniz.”(əl-Bəqərə surəsi, 2/216)

Nəfsini, məruz qalmazdan əvvəl müsibətlərə qarşı alışdır ki, baş verdikdə təsiri az olsun. Müsibət qarşısında fikir eləmə! Bəlaların ALLAH qatında müəyyən bir zamanı vardır. Hirsli danışma! Bəlkə dilin söylədiyi bir kəlimə, insanı həlak edər. Əsl mömin, böyük hadisələr qarşısında belə, qətiyyət göstərər. Qəlbi dəyişməz və dili şikayətçi olmaz. Çətinliklərin, şikayətçi olmadan keçməsi üçün, mükafatını xatırlayaraq və hadisəni qəlizləşdirməyərək nəfsin üçün müsibəti yüngülləşdir. Ağıllı şəxslər, fəlakətlər ilə birlikdə düşmənlərin istehzasına məruz qalmamaq üçün müsibətlərə qarşı dözüm göstərməyə davam edirlər. Düşmən, müsibətə məruz qaldığını gördükdə sevinir və xoşbəxt olur. Çətinlik və əziyyətləri gizlətmək, fəzilətli insanların xüsusiyyətlərindəndir.
Bəlanın atəşinə səbr et! Çünki o, çox tez yox olur. Əsas iş, bir neçə gün səbr etməkdir. Həlak olanlar, ancaq dözümü itirdikləri üçün həlak olmuşdurlar. Səbr edənlər isə, savabın ən xeyirlisi ilə mükafatlandırılırlar:

“...(ALLAH yolunda əziyyətlərə) dözən¬lə¬ri etdikləri yaxşı əməllərin müqabilində müka¬fat¬landıracağıq!”(ən-Nəhl surəsi, 16/96)
Əcrləri qat-qatdır. Onlar, səbirləri ilə iki dəfə, hətta hesabsız əcr qazanırlar. ALLAH onlarla bərabərdir. Qələbə və qurtuluş, onların səbr etməsi ilə əlaqəlidir.
Ey imtahan edilən! RƏBB`in ancaq sənə vermək üçün mane olmuşdur. Bağışlanmağın üçün səni imtahan edir. Təmizlənməyin üçün səni sınayır. Nemətlərlə imtahan edir və müsibətlərlə nemətləndirir. Vaxtını, sənin üçün təmin olan ruzini düşünərək keçirmə! Ömrün boyunca ruzin gələcəkdir.
UCA ALLAH belə buyurur:
“Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, ALLAH onun ruzisini verməsin…”(Hud surəsi, 11/6)
Hikmətinə görə yollarından birini sənə bağlasa, ondan daha faydalı bir yolu rəhməti ilə açar. İmtahan olunmaqla, xeyirli insanların dəyəri yüksəlir. Yaxşıların əcri artar. Sa`d ibn Əbi Vaqqas (r.a) belə deyir:
“Ey ALLAH`ın Rəsulu! İnsanlardan hansının imtahanı daha şiddətlidir?” dedim. Belə buyurdu:

“Peyğəmbərlər, sonra salehlər, sonra üstünlük sırasına görə davam edir. İnsan, dini dərəcəsi ilə imtahan edilir. Dinində sabitdirsə, müsibəti artırılır. Dinində zəiflik varsa, müsibəti yüngülləşdirilir. Mömin, yer üzündə heç bir günahı olmadan yaşamağa davam edənə qədər müsibətə məruz qalmağa davam edir.”(əl-Buxari)

İmtahan yolu çətin bir keçiddir. Adəm (aleyhissələm) o yolda yoruldu. Xəlil (İbrahim) (aleyhissələm) atəşə atıldı. İsmail (aleyhissələm) qurban edilmək üçün uzadıldı. Yunus(aleyhissələm) balığın qarnına atıldı. Xəstəlik Əyyubun (aleyhissələm) belini bükdü. Yusuf (aleyhissələm) az bir qiymətə satıldı. Yalanla quyuya atıldı. Zülmlə həbs edildi. Peyğəmbərimiz Muhəmməd (aleyhissələm) müxtəlif əziyyətlərlə qarşılaşdı. Sən də, imtahan yolunda getməyə davam edirsən.
Dünya, heç bir şəxs üçün, bütün problemlərdən təmizlənmiş olmadı. Bəziləri ondan əldə etmək istədiyini əldə edə bilmədi.
Peyğəmbər (sav) belə buyurur:

“ALLAH kimin xeyrini istəsə, ona müsibət verər.”(əl-Buxari)

Elm əhlindən bəziləri belə deyir:
“UCA ALLAH`ın cənnət üçün yaratdığı şəxs daima çətinliklə üzləşir. Həqiqətdə müsibət, dində olan müsibətdir. Bundan başqa müsibətlər, dərəcələrin artırılmasına və günahların silinməsinə səbəb olan bir imtahandır. ALLAH`a yaxınlaşdırmayan hər nemət bir bəladır. Müsibətə düçar olan şəxs, savabdan məhrum olan kimsədir.”

Dünyadan əldə edə bilmədiyin şeylərə görə kədərlənmə. İnsanlar dünyada, ona verdikləri əhəmiyyət nisbətində əzab edilirlər. Dünya ilə sevinmək, kədərlənməsi labüd olan şeydir. Dünyanın, əziyyətləri ləzzətlərindən, kədərləri sevinclərindən əmələ gəlir.
Əbu`d-Dərda belə deyir:
“Dünyanın, ALLAH`ın yanında nə qədər dəyərsiz olduğunun bir dəlili də, ALLAH`a ancaq dünyada üsyan edilməsidir. ALLAH qatında olana da ancaq dünyanı tərk etməklə çatmaq olar.”

Qüsurlarını düzəltmək, xətalarından dönmək və aləmlərin RƏBB`inin qarşısında durub yalvarmaq kimi edə bilmədiyin və sənə daha çox fayda verən şeylərlə məşğul ol!
Başına gələn bəlanın tezliklə yox olacağını anlasan, çətinliyin asanlaşar. Fəlakətin çətinliyi olmasaydı, rahatlıq vaxtı axtarılmazdı. İnsanların əlinə baxmağı kəs ki, onların ən varlısı olasan. Ümidsizliyə qapılma, tərk edilərsən. ALLAH`ın nemətlərinin çoxluğunu xatırla! Təqdir edilmiş qədərə razı olaraq, kədərini dəf et. Gecə nə qədər uzansa da, səhər mütləq açılacaqdır. Üzüntünün sonu, qurtuluşun başlanğıcıdır. Həyat, bir halda davam etməz. Əksinə, hər hadisədən sonra başqa bir hadisə vardır. Hər çətinlik mütləq asanlaşacaqdır. Ümidsizliyə qapılma! Çətinliklər arxa-arxaya gəlsə də, heç bir zaman bir çətinlik iki yüngüllüyə galib gəlməyəcəkdir. ALLAH`a boyun əy ki, xilas olasan! ALLAH`a Qsıx bağlanan bir şəxs, səbir fincanından içərsə, mütləq onun üçün bir çıxış yolu açılar.
Yaqub (aleyhissələm) bir oğlunu itirdikdə və uzun vaxt ərzində xəbər ala bilmədikdə qurtuluşundan ümidini kəsmədi. Digər oğlu da alındığında, əl-VAHİD əl-ƏHƏD`dən ümidini kəsmədi. Əksinə “Ümid edirəm ki, ALLAH , onların hamısını birlikdə mənə qaytarar” dedi.

Həmd, ancaq RƏBB`imizədir. Dərdimizi də Ona şikayət edirik. Çıxış yolları və qapılar üzünə bağlandıqda, çətinliyin yox olmasını və bəlanın uzaqlaşdırılmasını ancaq ALLAH`dan dilə! Gecə qaranlığı düşüb, hər şeyi bir paltar kimi örtdüyündə, gecənin o qaranlığında üzünü səmaya çevir və yalvarmaq üçün əllərini aç. Kərim olan ALLAH`dan , çətinliyini yox etməsini və işini yüngülləşdirməsini istə. Dua, səmimi bir qəlb və qüvvətli bir istək ilə olsa, istənilən rədd edilməz.


“ yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran...”(ən-Nəml surəsi, 27/62)

Hər şeyə gücü çatan ALLAH`a təvəkkül et! Təvazökarlıqla və boyun əyərək Ona sığın ki, sənə çıxış qapısı açsın.
Fudayl ibn İ`yad belə deyir:
“İnsanlardan ümidini kəssən və onlardan heç bir şey istəməsən, RƏBB`in sənə hər istədiyini verər.”

İbrahim(aleyhissələm) Həcəri və oğlu İsmaili heç bir yaşıllıq və su olmayan bir vadiyə apardı. Sonra İsmail (aleyhissələm) əhlinə namazı və zəkatı əmr edən bir peyğəmbər oldu. Dərdini ALLAH`a həvalə edən, ALLAH`ın imtahanından çıxar. Zu`n-Nunun (Yunusun (aleyhissələm) duasını çoxlu et:
“(ALLAH`ım!) Səndən başqa heç bir haqq ilah yoxdur. Sən Paksan, Müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam”(əl-Ənbiya surəsi, 21/87)
Alimlər deyirlər ki: “Bu dua ilə dua edən çətinlik sahibi bir kimsənin, ALLAH mütləq çətinliyini yox edər.
İbnu`l-Qayyim belə deyir: “Təcrübədən keçirilmişdir ki, insan yeddi dəfə “RƏBB`im! Başıma bu bəla gəlib çatdı. Sən mərhəmətlilərin ən mərhəmətlisisən” deyərsə, ALLAH onun çətinliyini yox edər. Qorunmağı ALLAH`a həvalə et! Ümidini Ona bağla! İşlərini ər-RAHİM olan ALLAH`a həvalə et və Ondan qurtuluş dilə! İnsanlardan ümidini kəs! Səcdə anı, gecənin son hissəsi kimi duanın qəbul edildiyi vaxtlardan istifadə et. İmtahanın vaxtını uzun bilib çoxlu dua etməkdən nigaran olma! Çünki sən, müsibət ilə imtahan edilirsən. Səbir və dua ilə ibadət edirsən.
ALLAH`ın rəhmətindən ümidini kəsmə! Müsibət uzun zaman ərzində davam etsə belə qurtuluşun yaxındır. Hər qapını açan ALLAH`dan istə! , əl-KƏRİM`dir.
“Əgər ALLAH sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz...”(Yunus surəsi, 10/107)

O , dilədiyini edəndir. İbrahimin (aleyhissələm) yaşı çox idi. Sonra, ona insanların ən fəzilətlilərindən və peyğəmbərlərdən biri bağışlanılır. Xanımı:
“(İbrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!” (Hud surəsi, 11/72) dediyi halda, İbrahim (aleyhissələm) bir oğlan uşağı ilə müjdələnir.

Ruzin azalırsa, çoxlu tövbə və istiğfar et! Çünki xətalar, cəzanı vacib edir. Duanın qəbul olduğuna dair bir işarə görə bilməsən, vəziyyətini gözdən keçir. Bəlkə, tövbən səmimi deyildi, onu düzəlt! Sonra təkrar duaya yönəl! Səxavətli insandan daha əliaçıq və daha yaxşı şəxs yoxdur. Ehtiyac sahiblərini axtar. Çünki sədəqə, bəlanı uzaqlaşdırır və dəf edir. Çətinlik səndən uzaqlaşdırıldıqda da çoxlu şükr et!
Bil ki, salamat qalmağına aldanmaq bəlaların ən böyüyüdür. Çünki, cəza gecikdirilə bilər. Ağıllı insan, nəticələrin fərqində olan və daima ALLAH`ın təqdirini, yarat¬masını və idarə etməsini anlayan kimsədir. ALLAH`ın imtahanına və hökmünə səbr et! Onun əmrinə təslim ol!
Qovulmuş Şeytandan ALLAH`a sığınıram!

“De: “ALLAH`ın bizim üçün (Ləvhu`l-Məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız ALLAH`a təvəkkül etsinlər!”(ət-Tövbə surəsi, 9/51)

Ehsanı üçün ALLAH`a həmd olsun! Müvəffəqiyyətli etməsi və nemətləndirməsi səbəbilə Ona şükrlər olsun! ALLAH`dan başqa haqq ilah olmadığına şəhadət edirəm. O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd (sav) Onun qulu və Rəsuludur. ALLAH , Ona, ailəsinə və əshabına xeyir-dua və çoxlu salam etsin!
Bundan sonra; ey müsəlmanlar! Eyni vəziyyət çox davam etməz. Xoşbəxt şəxs, daima təqvalı davranandır. Varlı olarsa, təqva onu bəzəyər. Yoxsul olarsa, qəlbini varlı edər. Müsibətə düçar olsa, təqva onu toparlayar. Hər vəziyyətdə təqvalı davran! Ancaq onunla, darlıqda bolluq, xəstəlikdə şəfa və yoxsulluqda zənqinlik görərsən. Təqdir ediləni uzaqlaşdırmaq üçün bir hiylə yoxdur. Təqdir edilməyəni əldə etmək üçün də bir hiylə yoxdur. Halına razı olmaq və təvəkkül etmək, təqdir edilənə dəstək olar.
ALLAH , istəməkdə və idarə etmədə Təkdir. Onun qulu idarə etməsi, qulun özü¬nü idarə etməsindən daha xeyirlidir. Qula, onun özünə mərhəmətli olmasından daha çox mərhəmətlidir.
Davud ibn Süleyman (aleyhissələm) belə deyir:
Üç şey, möminin təqvasına dəlalət edir: Əldə edə bilmədiyi şey üçün gözəl təvəkkül etməsi, əldə etdiyi şeyə gözəl razı olması və qaçırdığı şeyə gözəl səbr etməsi. ALLAH`ın qədərinə razı olan, təqdir edilən başına gəldiyində tərif və təşəkkürə layiq olar. Təqdir edilənlə razı olar. Belə etməsə, təqdir edilən başına gəldikdə pislənməyə layiq olar. Təqdir edilənlə razı olmaz. Bununla bərabər, sənin üçün təqdir ediləndən qaçış yoxdur.
Hikmət sahibi insanlardan birinə “Zənginlik nədir?” deyə soruşulur. Belə deyir: “Təmənni etdiyin şey az olsa da və sənə kifayət edəcək miqdara razı olmağındır.” Bureyh belə deyir: “Qul, bir müsibətə düçar olarsa, onun üçün üç nemət vardır: Müsibət dinində olmamışdır, olduğundan daha böyük olmamışdır və -səbr edirsə- ALLAH onu səbirlə ruzilən-dirmişdir.
Sonra, ey ALLAH`ın qulları! ALLAH`ın yaratdıqlarının ən xeyirlisi Muhəmməd ibn Abdillaha xeyir-dua edin! Şübhəsiz ALLAH Q sizə bunu əmr etmişdir...


Tarix: 14.04.2013 / 13:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 551 Bölmə: Maraqlı melumatlar