beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran-i Kərimi dinləmə ədəbi

Allah təalə möminlərin Quran qarşısındakı halını belə təsvir edir:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ

“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.”(əl-Ənfal surəsi,8/2)

Bu ayə, möminlərin Quran qiraətini dinləyərkən içərisində olduqları və ya olmaları gərəkən hallarını anlatmaqla yanaşı, Quran dinləmənin onu oxumaq qədər mühüm bir mövzu olduğuna işarə edir.Bundan əlavə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu mövzudakı hədislərini də qeyd etsək, mövzunun ciddiyyəti daha da artar.

Abdullah ibn Məsuddan (radıyəllahu anhu) rəvayət olunan bir hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə buyurur:

-“Mənə Quran oxu! Mən dedim:-(Quran) sənə nazil olduğu halda mən sənin üçün oxuyum? O (sallallahu aleyhi və səlləm) dedi:-Mən onu (Quranı) başqasından dinləməyi sevirəm” [1]

Useyd İbn Hudayrdan (radıyəllahu anhu) rəvayət edilən hədisə görə, o, əl-Bəqərə surəsini gecə vaxtı oxuduğu zaman atının coşduğunu görür.Quran oxumağı kəsir, atı sakitləşir.O, yenidən oxumağa başlayır.Atı yenə də coşur.Bunun üzərinə, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) gələrək əhvəlatı ona danışır.Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurur:

-...Onlar mələklər idi, sənin səsinə yaxınlaşmışdılar.Əgər oxumağa davam etsəydin, sabaha qədər səni dinləyərdilər.İnsanlar da onları görər, xalqın gözündən qaçmazdılar.” [2]

Quran qiraətini dinləməyin əhəmiyyətinə işarə etdikdən sonra, müsəlmanların bu mövzudakı məsuliyyətlərini qeyd edirik:

وَإِذَا قُرِىءَ الْقُرْآنُ فَاسْتَمِعُواْ لَهُ وَأَنصِتُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ

“Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!” (əl-Əraf surəsi,7/204)

Susmaq yaxşı dinləməyə, yaxşı dinləmək bəsirətə, bəsirət iman və əmələ, iman və əməl də Allahın (subhənəhu təalə) rəhmət və nemətinə səbəb və yoldur.Ayədəki “dinləyin!” və “susun!” əmrləri, istər namaz içində, istərsə də namaz xaricində olsun, Quran oxunarkən dinləməyin və susmağın vacib olduğunu göstərir.Quran-i Kərim qiraəti, son dərəcə ədəbli, laqeydlikdən uzaq, riya və göstərişdən çəkinərək,xuşu (Allah qorxusu,mütilik) və xudu (təvazökarlıq) içərisində dinlənilməlidir.

[1]əl-Buxari,”əl-Camius-Sahih”,Kitabut-Təfsir,hədis ?4306, Kitanu Fədailil-Quran,hədis ?4762,4768,4769
[2]əl-Buxari, “əl-Camius-Sahih”, Kitabu Fədailil-Quran, hədis ?4730


Tarix: 12.04.2013 / 19:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Maraqlı melumatlar