beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsəb pozuntuları

Sual: Tanıdığım bir nəfər əsəb xəstəliyinə tutulub, həkimlərdən biri bunun xroniki xəstəlik olduğunu ifadə edib. Onun xəstəliyi bir çox problemlərə səbəb olub: o, valideynlərinin üzərinə qışqırır, qohumları ilə yola getmir və o, daimi narahatd, əsəbidir və qorxur. Bu şəxs xəstə olduğu üçün həm davranışlarına, həm də namaz və oruc tutmaq kimi vacib əməllərə görə üzürlü hesab edilirmi? Siz bu cür insanlara nə məsləhət verərdiniz?


Cavab: Nə qədər ki, onun ağlı başındadır, o, şəri qaydalardan üzrlü sayılmır. Amma, əgər yaddaşını və ya hərəkətlərinə nəzarət edə bilməzsə, onda bu halda, o üzrlü hesab edilir. Mənim ona məsləhətim budur ki, dönə-dönə Qüdrətli Allaha dua etsin, Ondan bağışlanma diləsin və lənətlənmiş şeytandan Ona sığınsın-bəlkə, bu minvalla, o hirsləndiyi zaman, ola bilsin ki, Allah qəzəb hissini ondan uzaqlaşdırar.
Şeyx Məhəmməd bin Salih əl-Üseymin.


Tarix: 05.04.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Maraqlı melumatlar