beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər bir insan müsəlman ola bilər

Əqidə - inanmaq deməkdir. Bizdə indi müsəlmanlar arasında bu söz demək olar ki, tez-tez işlənir.

Əqidə - inanmaq deməkdir. Bizdə indi müsəlmanlar arasında bu söz demək olar ki, tez-tez işlənir. Çox insan vardır ki, heç əqidənin nə olduğunu bilmədən qarşısındakı insandan “Sənin əqidən nədir?” deyə soruşur. Həqiqətən də bilib soruşanları istisna edirəm, bilməyib soruşanların halı çox təəccüblüdür. Əqidə (yəni inanmaq, etiqad etmək) bütün işlərin ən əhəmiyyətlisi, ən vacibi, ən əzəmətlisidir. Əqidənin bir həqiqəti vardır. O həqiqət bundan ibarətdir ki, hər bir ağlı başında olan, ətraf aləmi dərk etməyə başlayan insan, bu insan bir uşaq da ola bilər, yeni yetmə də ola bilər, əsasən yeniyetmə çağlarından hər bir insan həyatı tədricən dərk etməyə başlayır. Ona görə də daha doğru olardı ki, deyək ki, hər bir həddi büluğa çatan şəxsin əqidəsinin, inancının əsası bunlar olmalıdır:
1.Hər bir insan Allaha inanmalıdır. Dərk etməlidir ki, necə ola bilər ki, o bu həyatda yaşayır və var. Hər bir insan təkliyə çəkilib özü haqqında fikirləşməlidir. Necə yaranıb, bu dünyaya necə gəlib, necə yaşayır, haradan gəlib, hara gedir? Bu həyatda onu kim qoruyur. Onu kim yaradıb və bu qədər aləmləri yaradan doğrudan da vardır. Bu da uca Allahdır. Əgər hər bir insan bunu dərk edirsə onun əqidəsinin birinci şərti möhkəmdir.
2.Allaha iman edən hər bir insan mələklərə inanmalıdır. Mələklər nurdan yaradılıb və bir çox işləri həyata keçirirlər. Hər bir insanı Allashın izni ilə qoruyan mələk var, hər bir yağışı yağdıran, küləkləri əsdirən, bir çox işlərin idarə olunmasında iştirak edən mələklər var. Hər bir insanın inancında mələklərə iman yer və qərar tutmalıdır. Bu imanın, əqidənin ikinci möhkəm əsaslarından biridir. Allaha iman edən Onun yaratdığı mələklərin də olmasına iman etməlidir.

3.Allaha və mələklərinə iman edən hər bir insan Allahın göndərdiyi Kitablara da inanmalıdır. İnsan düşünməlidir ki, əgər bu dünyaya gətirilibsə, öz başına deyilsə, onun üzərində qoruyan mələkləri varsa, onu tutub saxlayan, hər cəhətdən təmin edən uca Rəbbi varsa deməli onun dediyi kəlimələri də var. Bu da Allah təalanın göndərdiyi Kitablarıdır.
4.Allaha, Mələklərinə, Kitablarına iman edən hər bir insan Peyğəmbərlərə inanmalıdır. Uca Allah insanı yaradanda onu başıboş tərk etmədi. Öz cinsindən olan, insan olan xəbər verici peyğəmbərlər seçib göndərdi. Bu peyğəmbərlər vasitəsi ilə biz Allahı tanıyır və dərk edirik. Həmçinin Allah təalanın bizə olan əmrlərini gücümüz çatan qədər yerinə yetiririk.
5.Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə iman edən hər bir insan axirət gününə inanamlıdır. Çünki ətrafına baxmalıdır ki, ətrafında olan heyvanlar ölür, insanlar ölür, bitkilər saralıb solur və o buna baxıb dərk etməlidir ki, insan bu dünyaya tez bir vaxtda yaşayıb yoxa çıxmaq üçün gəlməyib. İnsanın bu dünyaya gəlməsinin böyük bir məqsədi var. İnsan müvəqqəti yaşamaq üçün gəlməyib, o əbədi bir həyat üçün yaradılıb. Bu da axirət həyatıdır. Hər bir insan axirət gününə iman etməlidir.
6.Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə inanan hər bir insan qədərin xeyrinə və şərrinə iman etməlidir. Yəni inanmalıdır ki, əvvəlcədən ona bir qədər yazılıb və o qədərə uyğun olaraq bu həyata gəlib, yaşayır, nemət görür.
Bütün bunların hamısını elmi şəkildə öyrənib, dərk edib biləndən sonra hər bir insanda olan bu iman əsasları həmin şəxsin əqidəsini formalaşdırır. Yəni bu inanc əsaslarını bir yerdə toplayan insan etiqadı, əqidəsi doğru olan insan hesab olunur. Bütün bu əqidə əsaslarını, inanac əsaslarını özündə cəm edən insan yalnız və yalnız Allah təalanın ibadətə layiq olduğunu, ibadətin yalnız uca Allaha yönəldilməsinin vacib olduğunu dərk edir. Yəni, insan şüurlu şəkildə bilir ki, ibadətə layiq olan tək, haqq ilah, haqq məbud Allah təaladır. İnsan bunu şüurlu şəkildə bildikdən sonra bu etiqadını dili ilə tələffüz edir. Hər bir insanın ibadətə layiq haqq məbudun yalnız və yalnız uca Allahın olmasını dərk edib bilməsi və bunu dili ilə deməsi şəhadət adlanır. Çünki insan kor-koranə demir. İnsan əvvəl dərk edir, öyrənir, bilir, əmin olur, qəlbən əmin olduqdan sonra dili ilə bunu bəyan edir. Buna kəlimeyi-şəhadət, yəni şəhadət kəliməsi deyirlər. İnsan şəhadət kəliməsini, sözünü dedikdən sonra islama daxil olur və müsəlman adlanır.
Müsəlman şəhadət edir ki, Allahdan başqa ibadətə layiq olan haqq, həqiqət, doğru, real, açıq, dəqiq ilah, məbud yoxdur. Müsəlman şahidlik etdiyinə iman edərək şahidlik edir. Yəni o məsələdən əmindir, yəqindir, qəlbində heç bir tərəddüd və şübhə yoxdur. Allaha iman edən, əqidəsi, inancı olan insan Allah təaladan başqa ibadət olunan haqq məbudun olmadığını, ibadətə layiq olanın ancaq Allah-Təala olduğunu dəqiq bilir. Buna şahidlik etdikdən sonra yenə də şahidlik edir ki, həqiqətən də Muhamməd (səlləllahu aleyhi və səlləm) Allahın Rəsuludur, göndərdiyi elçisidir, peyğəmbəridir. Allah təalanın kəlimələrini, sözlərini bizə çatdırandır. Allah təala Məhəmməd peyğəmbəri (səlləlahu aleyhi və səlləm) həm insanlara, həm də cinlərə göndərmişdir. Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) bütün peyğəmbərlərin sonuncusudur. Ondan sonra peyğəmbər gəlməyəcək. Hər bir iman edən şəxs şəhadətin əsas hesab olunan bu iki dayağına şübhə etmədən iman edir ki, bu da insanda əqidəsinin əsasını təşkil edir. Buna kəlimeyi-şəhadət deyilir. Bu şəhadətin mənasını başa düşdükdən sonra ərəbcə “Əşhədu ən lə iləhə illallah və əşhədu ənnə Muhammədən abduhu və Rəsuluhu” (Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və mən şahidlik edirəm ki, Muhamməd (səlləllahu aleyhi və səlləm) Allahın qulu və Rəsuludur) deyir və islama daxil olur. Yəni Allaha təslim olur. Müsəlman olur.
--------------------------------
Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...


Tarix: 08.04.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Maraqlı melumatlar