Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axirəti inkar edənin hökmü nədir?

Axirəti inkar edənin hökmü nədir?
Sual: Biz bir məclisdə oturmuşduq. Orada dünya haqqında, axirət haqqında, Cənnət və Cəhənnəm haqqında söhbət edirdik. Orada oturanlardan bəziləri axirəti inkar etməyə başladılar. Onlar axirəti, Cənnəti, Cəhənnəmi inkar edərək belə dedilər: İnsan öləndə o tamamilə xilas olur, insanın ölməsi ilə itin ölməsi arasında heç bir fərq yoxdur. Yəni bir insanın cənazəi ilə, meyyiti ilə həyatı sona çatır. Bu və buna bənzər sözlər deyərək bəziləri axirəti inkar etdilər. Bu cür deyənlərin, bu inancda olanların, doğrudan da həyatın belə olduğunu düşünənlərin hökmü nədir?
Nasirəddin Albaninin cavabı: Bunu dərk edərək deyən adam müsəlman deyil, xristian deyil, yəhudi də deyil. Bunu deyən insanda heç bir xeyir yoxdur. Bu cür deyən insan dindən dönən, zındıq, ən səfeh insandır. Belə deyən insan Allaha və Rəsuluna (səlləllahu aleyhi və səlləm) iman gətirməyib. Qurani Kərimdə Allah təala onun haqqında belə deyib: “Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!” (Yasin surəsi 78-79).


Tarix: 02.04.2013 / 20:31 Müəllif: *Beyaz_Gul* Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar
loading...