beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirkət maşınını şəxsi işlər üçün istifadə etmək

Sual: Mən özəl bir şirkətdə layihələrə nəzarət şöbəsində işləyirəm. Şirkətimizin öz maşınları var və bu maşınları şirkətin işlərində istifadə etmək məqsədilə maşın icarəyə verən şirkətlərdən icarəyə götürüblər. Həmçinin nəzərə alın ki, maşın icarə şirkətinə ödənilən ödənişin dəyərinə hər hansı qəza, hadisəyə qarşı tam sığorta etmək da daxildir. Allah qorusun. Maşın sığortası qadağandır, çünki şəriətə görə bu haramdır. Lakin maşın şirkətlərində vəziyyət bu cürdür. Buna əsaslanaraq sizə belə bir sual vermək istəyirəm: şirkətin mənə ayırdığı maşından şəxsi işlərim üçün istifadə edə bilərəmmi? Belə ki, qaz, yağın dəyişdirilməsi, filtirlər və maşının yuyulması kimi xərcləri öz cibimdən ödəyirəm. Çünki, maşını isifadə edərkən bu qeyd olunanlar tükənir və təmin etmək lazımdır. Həmçinin bunu da nəzərinizə çatdırım ki, şirkət maşınını şəxsi məqsədlər üçün istifadə edərkən meydana çıxan əlavə xərclər şirkətin xərc balansında nəzərdə tutulmur. Yuxarıda qeyd etdiklərimdən başqa. Hətta eyni sığorta baş verən qəza hadisələrinə də şamildir. Bunu da əlavə edim ki, maşından yalnız iş məqsədləri üçün istifadə edilərsə şirkətimiz heç bir qənaət etmir. Maşından istifadə norması çox aşağı olacaq və maşın üçün ödənilən kirayə haqqına dəymir. Daha doğrusu bundan faydalanan yeganə tərəf sadəcə maşını icarəyə verən şirkət olur. Həmçinin qeyd etmək lazımdır ki, maşının nə qədər istifadə olunmasından asılı olmayaraq icarə şirkəti icarə müddəti üçün tam məbləğ alır. Bunu rəhbər tutaraq ümid edirəm ki, bu məsələdə şəriətin hökmünü bizə inşallah izah edərsiniz. Allah sizi xeyirlə mükafatlandırsın. Əgər bu barədə hökm şirkətdən icazə varsa icazəli sayılırsa, bunun üçün sadəcə menecerdən icazə almaq kifayətdirmi? Menecerimiz maşınların ayrılması, onların daşınması və maşınlar ilə bağlı bütün işlərdən cavabdehdir. Allah sizi haqq və doğru olana hidayət etsin.


Cavab:

Həmd Allaha məxsusdur.

İşə aid hər hansı bir avadanlıqdan, məsələn maşınlar və buna bənzər avadanlıqlar, şəxsi məqsədlər üçün istifadə etmək qadağandır. Şirkət sahibi və yaxud icazə vermək səlahiyyəti olan şəxsdən icazə alınarsa bu istisnadır.

Əgər sizin tabe olduğunuz supervayzer bu maşınlardan istifadə etmək üçün sizə tam sərbəstlik verirsə və iş saatlarının xaricində işçilərə bu maşınları vermək səlahiyyəti varsa və yanacaq və digər xərcləri qarşılamaq şərtilə sizə icazə verərsə bu halda bunda heç bir qəbahət yoxdur. Çünki, bu avadanlıqlar şirkətin əmlakıdır və icarəyə vermək, bəxş etmək və s. digər yollarla bunlar üzərində sərəncam vermək hüququ var.

Bu özəl şirkətdə, müəssisədə işlədiyiniz hallara şamil edilir.

Lakin dövlət müəssisələrinə gəldikdə, şəxsi işlər, məqsədlər üçün bu avadanlıqlardan istifadə etmək qadağandır. Hətta müdiriyyət buna icazə versə, yenə qadağandır. Çünki, bunlardan istifadə etmək üçün onun heç özünə icazə vermək səlahiyyəti yoxdursa elə isə necə olur ki, digərlərinə istifadə etmək üçün icazə verir? Bu məsələ səhifəmizin digər fətvalarında izah edilib.

Ən doğrusunu Allah bilir.


Tarix: 02.04.2013 / 19:50 Müəllif: *Beyaz_Gul* Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar