Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən son model maşınları almaq

Sual: Bazarda hər dəfə son model maşın çıxarkən, maddi imkanlarını buna yetməsə belə təzə maşın alan kəs barəsində sizin rəyiniz nədir?

Cavab: Mənim rəyim budur ki, başqalarına qarşı lovğalanmaq üçün imkanı buna çatmasa belə bu maşını almaq və yaxud hər dəfə bazarda yeni model maşın çıxdıqda ən son model maşın alaraq moda ilə ayaq sürdürmək, birgə addımlamaq ağıllı addım deyil, sağlam düşüncəyə ziddir. Beləcə gedib maşın alırsınız və əvvəlki maşını isə ziyanına satırsınız. Şübhəsiz ki, bu xətadır və səfehlikdir! Maşına ehtiyacınız varsa, o zaman imkanınıza görə bir maşın alın.

Bir məsəl var: “Ayağını yorğanına görə uzat”. Çünki ayağını yorğanından çox uzatdığın halda soyuqlayacaqsan, sənə soyuq dəyəcək!

Ona görə də qardaşlarımıza üz tutaraq deyirik, özünüzü yığın! Sizə lazım olandan (ehtiyacınız olduğundan)başqa, həmçinin (maddi) gücünüz yetməyəcəyi maşın almayın.

İlam əl-Muasirin bi Fətəvə ibn Üseymin səh.401


Tarix: 05.04.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqlı melumatlar
loading...