beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan bədənindən elektrik cərəyanı alınacaq

Məşhur "Matritsa" filmindəki fantastik ideyalar tədricən reallaşmaqdadır.
Belə ki, Fransanın Josef Furyer Universitetinin alimləri insan bədənindən elektrik cərəyanı almağın yolunu tapıb.

"Bioful sel" adlandırılan kiçik qurğu batareyaları əvəz edə biləcək qədər elektrik enerjisi verir. Qurğu iki elektroddan ibarətdir. Onlardan biri insan bədənində olan qlükoza ehtiyatlarından elektrodlar hasil edir. İkinci elektrod isə həmin elektronları bədəndəki oksiqen molekullarına ötürür. Elektrik cərəyanı da bu yolla yaranır.

Alimlərin verdiyi məlumata əsasən, qurğu insan bədəninə implantasiya olunduğu təqdirdə, elektrik cərəyanı daimi xarakter daşıyacaq.
Belə ki, bu zaman bioyanacağı əldə etmək üçün insanın normal (gündəlik) qidalanması kifayət edəcək.

Siçovullar üzərində aparılmış əməliyyatların çox müsbət nəticələr verdiyini deyən alimlər yeni bioyanacaq batareyası ilə tibb sahəsində inqilabi dəyişikliklərin baş verəcəyini və on minlərlə insan həyatının xilas olunacağını bildirib. Bu batareyaların tətbiqi, süni orqan implantasiyasını, o cümlədən elektrik cərəyanı ilə çalışan süni qaraciyər, ürək, xarici orqanlar, o cümlədən süni göz, süni əl və ayaq və digər orqanların zədələnmiş və ya xəstə orqanları əvəzlənməsinə yol açacağı gözlənilir.


Tarix: 09.01.2015 / 12:18 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı Məlumatlar