beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm yatağındakı xəstə ilə cinsi əlaqə

İngiltərənin Birmingham Heartlands xəstəxanasında baş verən qalmaqal beynəlxalq səhiyyə təşkilatlarını şoka salıb. Belə ki, xəstəxanada tibb bacısı işləyən 29 yaşlı Rebecca Bayliss adlı qadının orqan köçürülməsi üçün növbədə gözləyən və xəstəxananın reanimasiya şöbəsində yatan ağır vəziyyətdə olan bir xəstə ilə cinsi əlaqəyə girdiyi hətta bu əlaqənin üç aydır davam etdiyi məlum olub. Ürək və ciyər köçürülməsinə ehtiyacı olan xəstənin adı mətbuata açıqlanmır.
Məlum olmuşdur ki, xəstəxanaya 2008-ci ilin fevral ayında yatırılan xəstəni görən tibb bacısı Rebecca Bayliss ona aşiq olub hətta o xəstənin uğrunda sevgilisindən də ayrılıb.
Məhkəməyə cəlb edilən Rebecca Bayliss xəstənin vəziyyətinin yaxşılaşma müddətinə mənfi təsir etdiyi üçün 12 ay müddətinə işdən uzaqlaşdırılmışdır.
Rebecca Baylisslə cinsi əlaqəyə girdiyini etiraf edən xəstə isə yaşadıqlarının onun sağalma prosesinə hər hansı bir təsiri olmadığını iddia edir.


Tarix: 13.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Məlumatlar