Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Honq Konq Universitetində süni əl icad edilib

Sam Qi sabiq inşaat işçisidir ki, 10 il bundan əvvəl beyin qanaması keçirib. O, son zamanlar iflic üzündən sol əlini sixa bilməyib.
Lakin Honq Konq Universitetində icad olunmuş süni əl vasitəsi onun qol əzələləri üzərində nəzarət qabiliyyəti yenidən bərpa olunub.
Robot əli qol əzələlərindən daxil olan elektrik siqnallarını barmaqlara ötürür.
İcadın müəllifi doktor Ramond Tonqdur.
O, süni əlin istifadəsi ilə bağlı müştərilərə 20 saatlıq təlim sessiyaları keçirir.

"İnsultdan sonra funksiyalar beyinin yenidən "məşqi" ilə bərpa oluna bilər. Beyin onurğa vasitəsi ilə bədənin müxtəlif yerlərinə EMG siqnallarını çatdırır. Əzələlərə göndərilən bu zəif elektrik siqnallarla əl hərəkətlərinə nəzarət yaratmaq mümkün olub", - deyir doktor Tonq.

Alimin sözlərinə görə süni əli indiyədək 12 adam sınaqdan keçirib.
Robot əlləri satışa Universitetlə fərdi şirkət arasında yaradılmış müştərək qurum vasitəsi ilə çıxarılacaq.
İcad yerli xəstəxanalar tərəfindən maraqla qarşılanıb.
Cənab Qi isə deyir ki, süni əl vasitəsi ilə o arvadına möhtac olmadan yenidən sərbəst yaşamaq imkanını əldə edib.


Tarix: 13.01.2015 / 13:02 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Məlumatlar
loading...