beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret çəkənlər əməliyyatları ağır keçirir

Məlumata görə siqaret çəkənlər əməliyyatları daha ağır bir formada keçirirlər. Bu özünü cərrahiyə əməliyyatından sonra daha qabarıq göstərir.
Çünki əməliyyatdan əvvəl siqaret çəkənlər cərrahiyyədən sonra özünü siqaretdən istifadə etməyənlərə nisbətən pis hiss edir, ağır və riskli fəsadlarla üzləşir.
Bunu Kaliforniya Universitetinin araşdırmacıları tərəfindən aparılmış tədqiqatın nəticələri sübut edir. Həmçinin onların 1950-ci ildən başlayaraq siqaretin təsiri haqqında cərrahiyyədən sonrakı xəstələrin vəziyyəti haqqında məlumatlar topladığı bildirilir. Həmin məlumatların təhlili göstərib ki, siqaretdən istifadə edənlərdə fəsadlara daha çox rast gəlinir. Bundan başqa, onlara iri həcimli qanköçürülmə prosesi də çox vaxt alır. Siqaret çəkənlərdə beyin şişi əməliyyatı zamanı ölüm riskinin çox olduğu deyilir. Onurğadan əməliyyat olanlarda o qədər təhlükə olmur və həmin ağır fəsadları bərpa etmək olur.
Bu cür nəticələr neyrocərrahlara əməliyyatlarda olan uğursuz nəticələrin səbəblərini müəyyən etməyə imkan verir.


Tarix: 08.01.2015 / 17:48 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar