beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu tarixdə əməliyyata girməyin!

Məlumata görə bəzi aylar var ki, həmin aylarda əməliyyat olunmaq məsləhət görülmür. Türkiyə mətbuatında yayımlanan məlumata görə ürək əməliyyatlarını yanvar ayında etmək doğru deyil. Portuqaliyada bu mövzu ilə əlaqədar araşdırma aparıldığı deyilir. Bəzi araşdırmalara görə 14 il boyunca ürək çatışmazlığı səbəbi ilə xəstəxanaya qəbul edilən insanların qeydiyyatı araşdırılıb.
Araşdırmalara görə yüksək ölüm riski və xəstəxanada uzun müddət qalma arasında bir bağ olduğu ortaya çıxıb. Ancaq araşdırmada diqqət çəkən məqam, yanvar ayı, cümə günü və gecə yarısı edilən qəbullarda xəstəxanada qalma müddətinin uzandığı, digər zamanlardakı qəbullara görə ürək çatışmazlığından ölmə riskinin artdığı göstərilmişdir.
Ürək çatışmazlığı qəbulunun fevral ayında ən yüksək həddə çıxdığı, ən çox ölüm və xəstəxanada uzun müddət qalma vəziyyətinin isə yanvar ayında yaşandığı aydınlaşdırılmışdır.
Başqa bir araşdırmada xəstəlikdən əziyyət çəkən insanların tətil boyunca xəstəxanalara gəlməkdən boyun qaçırdığı bildirilir.
Araşdırma rəhbərlərindən hesab olunan Dr. Kao-nun sözlərinə görə belə insanlar özlərini təhlükəyə atırlar. Onun sözlərindən aydın olur ki, vaxtında müalicə olunsalar yaxşı olar. Tədqiqatlarda həkimlərin mövsümülük baxımdan bu cür həssas məsələlərə diqqət yetirməsi təklif edilir.
Mütəxəssislərə görə həkimlər ilin hansı vaxtında daha oyanıq olması lazım olduğunu bilməlidir.


Tarix: 08.01.2015 / 17:52 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Məlumatlar