Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

96 yaşında ata oldu

Ramadjit Raqxav özünə məxsus göstəricini yeniləyib.

Hindistan kəndlisi Ramadjit Raqxav 96 yaşında ata olub. RİA "Novosti" agentliyinin verdiyi məlumata görə, R. Raqva bununla planetin ən yaşlı atası ünvanına sahib çıxıb. O, iki il əvvəl özü yenilədiyi rekordu bir daha təzələyib.

Hindistanlı kişinin oğlu dünyaya gəlib. Ramadjitin 52 yaşlı həyat yoldaşı Şakuntala Devi övladını Xorxoda şəhəri xəstəxanalarından birində dünyaya gətirib.
96 yaşlı kişinin uzunömürlüyü və gümrah qalmasının isə sadə izahı var.

O, hər gün səhər saat 5-də oyanır və təmiz havada əkin işləri ilə məşğul olur. O, hər gün iki litr təmiz inək südü içərək axşam saat səkkizə qədər yatır.


Tarix: 09.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Məlumatlar
loading...