Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəyə xeyirli olan fəaliyyət

İnsanın xeyirxahlığı ağılın bir göstəricisidir deyiblər. Həqiqətən günümüzdə insanın psixoloji sağlamlığı üçün ən vacib mövzulardan biri xeyirxah işlərlə məşğul olmaqdır. Məlumata görə Kanadada və British Colombia Universitetində sağlamlıqla əlaqədar araşdırmalar aparılıb. Kanadada aparılan araşdırmada, ürəyin dərmanı yaxşılıq etmək çıxıb və xeyirxahlığın ürəyə müsbət təsir göstərdiyi sübuta yetirilib.
British Colombia Universiteti tərəfindən aparılan araşdırmada isə xeyir işlərlə məşğul olmağın, gənclərin ürəyinə və bədən sağlamlığına yaxşı təsir etdiyi müəyyən olunub.
Məlumatda oda bildirilir ki, araşdırmaya imza atanlardan Hannah Schreierin sözlərinə görə, fədakarlıq və empatiya etməyin ürək və bədən sağlamlığı üçün müsbət təsirləri vardır. Həmçinin stress, depressiya və s. xəstəliklərin olma riskini azaltdığı da bildirilir.
Araşdırmanın Kanadada, Amerika Medical Association jurnalında (JAMA) dərc olunduğu bildirilir.


Tarix: 16.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Kardiologiya
loading...