Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Damar kirəcləşməsi - Ateroskleroz

Bədəndəki qan damarlarının bir qisiminin və ya hamısının sərtləşməsi nəticəsində, elastikliyini itirməsinə; xalq arasında damar əhənglənməsi tibb dilində isə Arterio Skleroz və ya Atheremo deyilir. Səbəbi, qan damarlarının iç qatlarındaki hüceyrələrin elastikliyini itirib, zəifləməsi və ya qandakı yağlı maddələrin yığın edərək, damarı darlaşdırmasıdır.
Əlamətləri baş gicəllənməsi, baş ağrısı, titrətmə, gedərkən səndəlləmə, düşünmə və öyrənmə gücündə zəifləmə, əsəbilik və ya damarın sərtləşdiyi bölgələrdə ağrılar ilə müşahidə olunur. İlk ifadə olunanlar görüldüyündə tədbir alınacaq olsa, qorxulacaq bir şey yoxdur. Xəstənin sevinc və cəsarətini itirməməsi və həkimin tövsiyələrini yerinə
gətirməsi yaxşılaşmada atılacaq ilk əhəmiyyətli addımdır.
Damar sərtliyi diaqnozu qoyulan kimsə, pəhriz saxlamalı, spirt və siqaret kimi kef verici maddələri buraxmalı, yumurta, kərə yağı və bənzəri yeməkləri tərk etməli, duzu da azaltmalıdır. Ayaq damarlarında meydana gələ biləcək hər hansı bir xəstəliyi önləmək üçün də dar ayaqqabı geyməkdən qaçınmalıdır.

Aterosklerozdan xilas olmaq üçün 1-) Siqareti və spirti mütləq buraxmaq lazımdır 2-) Sağlam qidalanmaq lazımdır, yəni az heyvani qida çox tərəvəz və meyvə yemək lazımdır. Əgər cola, aşırı qəhvə və qara çay içirsinizsə bunları azaltmaq lazımdır. Mümkünsə qatqı maddəsi ehtiva edən konserv, şokolad vs. maddələr yeməmək məsləhətdir. 3-) Köklük təhlükəlidir, bunun üçün mütləq arıqlamaq lazımdır. 4-) Mümkünsə həftədə ən azı üç gün idman etməli və ya hər gün ən azı yarım saat gəzinti etmək lazımdır. 5-) Əgər xolesterol, diabet və yüksək təzyiq kimi narahatlıqlar varsa mütləq müalicə olmaq lazımdır.


Tarix: 16.01.2015 / 12:12 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Kardiologiya
loading...