beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək üçün ən faydalı ərzaqların siyahısı hazırlanıb

Fiziki aktivliyin çatışmazlığı və balanslaşdırılmamış qida rasionu ilə fərqlənən müasir həyat tərzi isə ürək xəstəliklərinin inkişafı riskini artırır. Lakin dietoloqların sözlərinə görə, rasiona on super-ərzaq daxil etməklə vəziyyəti düzəltmək mümkündür. Bu barədə "Zeenews" yazır.

E vitamini və doymamış yağ turşuları ilə zəngin olan zeytun bu ərzaqlar arasındadır. Zeytun təzyiq və xolesterinin göstəricilərini aşağı salmağa kömək edir. Ondakı fenol birləşmələrinin yüksək qatılığı isə iltihabı aradan qaldırır, trombların yaranmasının qarşısını alır və oksidləşdirici stressdən müdafiə edir.

Bütöv dənli bitkilər insultdan xilas edir, axı sellüloz yüksək xolestrin, insulin və qandakı şəkərlə mübarizə aparır. Nəticədə damarlar öz funksiyasını daha yaxşı yerinə yetirir, orqanizmdə isə iltihab inkişaf etmir. Yeri gəlmişkən, dietoloqlar yulafın unikal xüsusuiyyətlərə malik olduğunu təsdiqləyirlər (onun tərkibində vitaminlər, sellüloz, marqan, selen, maqnezium, xolesterini aşağı salan beta-qlükan var).

Tərəvəzin yaşıl yarpaqları qan təzyiqinə nəzarət edir, vitaminlər və mineral birləşmələr isə diabetdən qorunmağa imkan verir və homosisteinin (toplanaraq arteriyaların divarlarına "hücum edən" amin turşuları) səviyyəsini azaldır. Tərəvəz və meyvələrin siyahısına pomidoru (onda çoxlu А və С vitamini, likopin antooksidantı var), mərsini (tərkibində antosian antioksidantı, sellüloz, damarların tıxanmasının qarşısını alan S vitamini var), almanı (kversetinun sayəsində əks sorulma və iltihabın qarşısını alır) daxil etmək olar.

Badam, soya və balıq "qızıl onluq"da sonuncudurlar. Qoz tərkibində doymamış yağların, E vitamininin, maqneziumun, kaliumun, zülal və sellülozların zəngin olması ilə fərqlənir. Soya zülalı isə triqlesidlərin və xolesterinin səviyyəsini azaltmaqla ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır. Soya ürək tutmalarından və insultlardan qoruyan vitaminlər, protein və minerallar səbəbindən faydalıdır. Oxşar xüsusiyyətlərə tərkibindəki omeqa-3 turşularının olması səbəbindən (iltihabı aradan qaldırır və trombların yaranmasının qarşısını alır) tunes, skumbriya və semqa balıqları da malikdirlər.


Tarix: 16.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Kardiologiya