beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan ürəyi və onu təhdid edən amillər

Maddələr mübadiləsi fəaliyyətləri nəticəsində artıq məhsulların bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması lazımdır. Bütün bu əməliyyatları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir. İnsan ürəyinin çəki, həcm və ölçü cəhətcə postembrional inkişafı bir çoxları tərəfindən müayinə olunmuşdur. Ürəyin ölçüləri – onun uzunu, eni və qalınlığı bərabər dərəcədə artmır; ürək eninə və qalınlığına nisbətən uzununa sürətlə böyüyür, buna görə uşaq böyüdükcə ürək ölçülərinin nisbəti və forması dəyişir. Eləcə də ürəyin çəkisi yaşa dolduqca bərabər dərəcədə artmır. Forma cəhətcə yenidoğulmuş uşağın ürəyi böyüklərinkindən seçilir; bu da başlıca olaraq ürək hissələrinin hələ tam inkişaf etməməsindən asılıdır. Yalnız 6 yaşından sonra uşağın ürəyi böyüklərin ürəyinə bənzəyir.
İstənilən yaş dövründə sağlamlığa xüsusi ilə ürək sağlamlığına daim fikir verilməlidir. Ürək sağlamlığına bir sıra amillər təsir edir. İnsan ürəyinə təsir edən əsas amillərdən biri də soyuq havadır. Türkiyədə fəaliyyət göstərən həkim Prof. Gök soyuq və küləkli havalarda ürək tutması və ani ölüm halları mövzularının günümüzdə aktuallığını qoruduğuna diqqət çəkib. Bu səbəbdən ürək xəstəliklərindən qorunmaq üçün insanlar qəti olaraq vaxtlarının çoxunu çöldə keçirməməlidirlər.
Ürək xəstəlikləri olan şəxslər çöldə olarkən küləyi arxaya alaraq yeriməyə üstünülk verməlidirlər. Prof. Həsən Gök, ürək xəstələrinə, soyuq havada zəruri deyilsə çölə çıxmamalarını təklif edib.
Selçuk Universiteti (SÜ) Tibb Fakültəsinin Fundamental Kardiologiya üzrə elm sahəsinin rəhbəri həkim Prof. Gök, verdiyi şərhdə, soyuq havanın, qrip, yüksək təzyiq, ürəkdə ritm pozğunluğu, ani ölüm kimi risklərə gətirəcəyini ifadə edib.
Soyuq havalarda ürək xəstələrinin çox diqqətli olması lazım olduğunu ifadə edən professor, xüsusilə koronar ürək xəstəliyi olan, ürək böhranı keçirmiş və ya ritm pozğunluğu olan, ürək çatışmazlığı olan insanların risk qrupunda iştirak etdiyini bildirilib.
Prof. Gök, soyuq havada ürək damarlarının xəbərdar edilərək sıxıldığını, ürəyin yükünün artdığını və ürəyin qidalanmasının pozulduğunu vurğulayaraq, bunları qeyd edib:
1. Ürək xəstəliklərindən qorunmaq üçün qəti olaraq vaxtlarının çoxunu çöldə keçirməməlidirlər. Ürək xəstəlikləri olan şəxslər çöldə olarkən küləyi arxaya alaraq yürüməyə üstünülk verməlidirlər. Çünki soyuq havalarda bədənin laxtalanma mexanizmi də pozulmaqdadır. Qış mövsümündə bir çox bölgələrdə artan hava çirkliyi də ürək xəstələri üçün çox ciddi bir ekoloji təhlükə olaraq qarşımıza çıxır.
2. ''Küləyə qarşı getməyin''. Ürək xəstələrinə çölə çıxmaq məcburiyyətində qalanda, soyuqdan qoruyan geyimlər geyinməlidirlər. Əhəmiyyətli olan qalın geyinmək deyil, soyuqdan qoruyan geyimlər geyinməkdir. Ürək xəstələri daha çox yunlu geyimlərdən istifadə etsələr daha yaxşı olar. Bu kiçik tədbirlərlə ürək tutulmaları (böhranı) riskini ən aza endirmək olar.
Ürək xəstələrinin soyuq havalarda ani hərəkətlərdən əl çəkməyin lazım olduğunu bildirən Prof. Gök, nərdivana çıxılmamasını və ya yeməkdən sonra bədəni və ürəyi yoran ağır məşqlər edilməməsini demişdir.
3. ''Südlü içkilər için'' Prof. Gök, ürək sağlamlığı üçün qidalanmanın çox əhəmiyyətli olduğunu vurğulayaraq, ''Soyuq havalarda xüsusilə südlü isti içkilər və bol maye qəbulunu tövsiyyə edib. Yenə mövsüm gərəyi dəniz məhsulları ilə qidalanmağı, bol-bol tərəvəz yeməklərini və meyvə qəbulunu məsləhət etmişdir.
4. Diabet olmayan ürək xəstələrinə soyuqdan qorunmaq üçün bal qəbul etmələrini deyən Gök, dərmanların da mütləq səhər və axşam saatlarında nizamlı olaraq alınması lazım olduğunu bildirdi.
5. Diabet və böyrək xəstələri risk qrupundadırlar. Prof. Gök, ürək xəstələrinin yanında şəkər xəstəliyi və böyrək çatışmazlığı olanların da soyuq havadan özlərini qorumalarının lazım olduğunu vurğulamışdır.


Tarix: 16.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Kardiologiya