beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevdinse...

Sevdinse…Beş il, on beş il nedir,
Bütün ömrün boyu gözleyeceksen.
Ne boyda zülm etse sevgili sene,
Sevdinse…"her zülme döz",- deyeceksen.
Sevdinse…Kölgeye dönüb her zaman
Sen onu her yerde izleyeceksen.

Sevdinse…qem içib, derd udacaqsan,
Onu unutmağı unutacaqsan.
Zererin xeyirdir, xeyirin zerer,
Sevdinse…Günahın içinde haqsan.
Onu unutmağa çalışsan, eger.
Sen özün özünü unudacaqsan.

Sevdinse…qanqalı gül bileceksen.
Her esen yarpağa kövreleceksen.
Sevdinse…ne dünen, ne de bu günsen,
Sevdinse…hemişe sen geleceksen.
Sevdinse…bir ömrün ilk sabahısan,
Dünyanın en böyük xeyirxahısan


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 183 Bölmə: Bextiyar Vahabzadə