beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sebeb Axtarma...

Səbəb axtarma
Neynim otuz illik məhəbbətindən,
Son illər yüz dəfə sən dönə bildin.
Səni yalvarışla qaytarmışdım mən,
Sənsə dönməyinlə öyünə bildin!

Bunlar nə deməkdir ?
Bir düşün sən də.
Ölüb məhəbbətin məhəbbətində

Neçə yol küsüşdük...
Küsüşən anda
Barışmaq istədim, əyilmədin sən.
Mən öz qələbəmə peşman olanda,
Sən öz qələbənlə fərəhlənmisən.

Gəl səbəb axtarma, ürəyin bom-boş.
Bunu məndən gözəl bilirsən yəqin.
Səbəb sevgisini çoxdan unutmuş,
O səbəb axtaran qəldbindir sənin!


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 132 Bölmə: Bextiyar Vahabzadə