beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kaspilər

Kaspilər – Azərbaycanın hər iki hissəsində yaşamış qədim etnoslardan biridir.[1]

Bu tayfanın adını ilk dəfə Herodot çəkmişdir. Tədqiqatçıların fikrincə Kaspilərin Midiyada və Albaniyada yaşadıqları yerlərin coğrafi koordinatlarını dəqiq müəyyən etmək çətindir. Tədqiqatçılar qədim mənbələr əsasında kaspilərin Albaniyada iki bölgədə – indiki Dərbənd zonasında və Mil düzündə yaşadıqlarını müəyyən etmişlər.[2] Kaspilərin digər hissəsi Midiyada – Kürün Arazla birləşdiyi yerdən Xəzərədək olan hissəsindən cənubdakı ərazidə məskun idi. Qədimdə Albaniyaya aid olmayan bu ərazi indi Şimali Azərbaycana məxsusdur. III əsrdən bu ərazi Balasakan adı ilə məlumdur.[3]

Ptolemeyin[4] bir məlumatı çox maraqlıdır ki, Araz Şərqə hərəkət edən Kaspi dağlarına qədər gedir, sonra şimala dönərək bir qolu Xəzərə tökülür, digər qolu Kürlə birləşir. Prof. Q. Qeybullayev qeyd edir ki, bu məlumatda Kaspi dağları Füzuli rayonunun Araz sahili dağlıq ərazisi və onunla üzbəüz yerləşən Cənubi Azərbaycan ərazisinin dağlıq bölgəsi ola bilər. Kaspilərin üçüncü hissəsi Midiyanın şərqində məskun idi. İ. M. Dyakonov onların kassitlərlə qohum olduqlarını yazmışdır[5] [6] . Ümumiyyətlə bütün iranşünaslar qədim Ön Asiyada bir dil ailəsinin mövcud olduğunu yazmış və onu şərti olaraq həm də Kaspi dil ailəsi adlandırmışlar. Bu fikir Kaspi etnonimindəki -pi komponentindən irəli gəlib; onu elam dilində cəm bildirən şəkilçi saydıqlarına görə kaspilərin özlərini də elam mənşəli hesab etmişlər. Kaspilər təkcə Midiya və Albaniya ərazisində yox, Herodota görə, Orta Asiyada – Əhəmənilər dövlətinin XV satraplığında da yaşayırdı. Aydındır ki, Orta Asiyada Qafqazdilli, yaxud Elamdilli xalq yaşamamışdır. Q. Qeybullayev hesab edir ki, Kaspi etnonimindəki -pi sözü kənardangəlmə söz deyil. Ehtimal ki, kaspi etnonimi kasbi kimi səslənmişdir. Ədəbiyyatda Cənubi Azərbaycanda Qəzvin şəhərinin adının Kaspi etnonimi ilə bağlı olması fikri deyilmişdir. Kaspilərin tarixən yaşadıqları regionlardan birinə – Əhəmənilərin XI satraplığına tuş gəlir, həm də ki, Qəzvin əhalisi türk – azərbaycanlılardan ibarət şəhərdir. Qəzvin (güman ki, Kasbiyən adının təhrifi) toponimindəki -vi komponenti, Kasbi etnoniminin bi komponentinin şəklidir. Kuti və lulubelər nəzərə alınmazsa, kaspilər Azərbaycan ərazisində mannalardan, madaylardan və albanlardan sonra dördüncü böyük etnosdur.


Tarix: 15.01.2015 / 18:39 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎