beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümü və mirası

Babur 26 dekabr 1530-cu ildə Aqrada 47 yaşında olarkən öldü. Yerinə oğlu Sultan Hümayun keçdi. Babur əvvəlcə öldüyü Aqra şəhərində dəfn olunmuşdu. 1539-cu ildə Baburun vəsiyyəti yerinə yetirildi və məzarı Kabil şəhərində yerləşən Babur bağlarına köçürüldü. 1646-ci ildə Sultan Cahan şah tərəfindən Baburun məzarı üzərində türbə tikildi. Türbəyə 1842-ci ildə baş verən zəlzələdə zərər dəysə də, müxtəlif bərpa işləri aparılmışdır.

Babur öldükdən sonra Həzrəti Firdövsi Məkan və Həzrəti Giti-Sitani adları ilə xatırlanmışdır. Baburun əsasını qoyduğu dövlət 1857-ci ilə qədər varlığını davam etdirə bildi. Baburun irsinə sahib çıxan dövlətlər arasında Hindistan, Pakistan, Özbəkistan və Qırğızıstan kimi dövlətlər vardır.

Türkiyədə Baburun xatirəsinə büstlər qoyulmuşdur və yanında ona aid olduğu iddia olunan bayraq dalğalanmaqdadır. İlk sınaqları 2005-ci ildə həyata keçirilən Pakistana aid qanadlı raket Babur adlanırdı. Özbəkistanda Babura heykəllər qoyulmuşdur. Hal hazırda Özbəkistanda yerləşən və Baburun anadan olduğu Əndican şəhəri Babur yurdu olaraq tanınır. Bu şəhərdə Babura həsr olunmuş xatirə parkında onun simvolik məzarı və muzeyi vardır. Qırğızıstanın Oş şəhərində yerləşən Süleyman dağındakı Baburun evi pir kimi ziyarət olunur. İnanca görə evdəki mehraba istiqəmətlənmiş diz izləri Babura məxsusdur. Baburun Süleyman dağındakı evinə çıxan yolda inanclarla bağlı müxtəlif ayinlər icra olunur.


Tarix: 13.01.2015 / 18:53 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎