Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəbirli Elin qolları

Kəbirli elinin Hacı Hüseynəlili, Hacı Həsənli, Mirzə Haqverdili, Cəfərbəyli, Həmidbəyli, Ağabəyli,Bağanıslıbəyli Hacıbəyli, Böyükbəyli və digər qolları vardı. Kəbili elinin XVIII yüzilin sonu, X1X yüzilin önlərindəki obaları: Çəmənli-Hətəmxan, Çəmənli-Hacı Tahir, Novruzlu, Seyidli, Qərvənd-Ağakişi bəy, Əhmədavar, Qurd-Qaradağlı, Qurd-Dördlər, Qurd-Gürcüstan, Qurd-Bərdə, Qaibalılı, Əfətli, Tərəkəmə-Cəfərbəyli, Tərəkəmə-Məhəmmədəlibəyli, Qiyaməddinli, Yusifcanlı, Mərzili, Saibalılı-Abbasqulu bəy, Saibalılı-Zeynalabdinli, Hüsülü, Pirzadlı, Rəncbərlər, pərioğlular, Kələbədin, Şelli, Minaxurlu, Təzəkçi, Tatar, Tərəkəmə-Əhmədağalı, Tərəkəmə-Imamqulubəyli, Hacıvəlilər və başqaları. Kəbirli eli öz adını Qarabağın iki mahalına vermişdi. Uzun illər bu mahalları Kəbirli soylu naiblər idarə etmişdilər. Kəbirlilər hazırda Qarabağın bir neçə bölgəsində, öz adlarını daşıyan kəndlərdə, o ayaqdan da Səlmanbəyli, Hacıbədəlli, Rəncbərlər, Pərioğlular şenliklərində yaşayırlar. Kəbirlilər Qarabağ tarixində mühüm rol oynayan ellərdən biridir. Həmçinin Füzuli rayonunun Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərində kəbirli tayfasının tirələri (Böyük Bəhmənlidə onlaraın ilk adı Qalalı olub) yaşayır.


Tarix: 13.01.2015 / 18:22 Müəllif: Feriska Baxılıb: 98 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...