beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatidlər

Atropatidlər – Atropatena dövlətində hakimiyyətdə olmuş türk mənşəli sülalə.

Müstəqil Atropatena dövləti Atropatın başçılığı ilə e.ə. 223 – cü ildə yaradılmışdır. Atropatın ölümündən sonra isə hakimiyyətə Artabazan keçmişdir. Atropatın əsasını qoyduğu sülalə Atropatidlər sülaləsi adlandırılır. Atropatidlər sülaləsi Arşakilərin kiçik qolu – Atropatena arşakiləri Atropatena hakimiyyətə gələnə kimi öz şahlığını davam etdirmişdir.

Atropatidlər sülaləsindən olan hökmdarlar aşağdakılardır:

Atropat – e.ə. 328 – ci ildə hakimiyyətə gəlmişdir.
Artabazan – III Antioxla sülh müqaviləsi bağlamışdır.
Mitridad ( və ya Mehrdad) – e.ə. 67 – ci ildə Ermənistan hökmdarı II Tiqranın qızı ilə evlənmişdir.
Dara (və ya Daryuş) – e.ə. 65 – ci ildə hakimiyyətə gəlmişdir.
I Ariobarzan – e.ə. 30 – cu illərdə hakmiyyətdə olmuşdur.
I Artavazd – e.ə. 20-ci illərdə hakimiyyətdə olmuşdur.
II Ariobarzan – e.ə. 20 – ci illərin sonlarından b.e. – nın 2 – ci ilinə kimi hakimiyyətdə olmuşdur. O, eramızın birinci ilinə kimi həm də Ermənistanın hökmdarı olmuşdur. Antoninin Kleopatradan olan oğlu İskəndər II Ariobarzanın bacısı, I Artavazdın qızı ilə evlənmişdir.
II Artavazd – Atropatenanın, daha sonra isə həm də Ermənistanın hökmdarı olmuşdur.


Tarix: 15.01.2015 / 18:04 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎