beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ədalət Qasımov

Həyatı
Ədalət Qasım oğlu Qasımov 5 dekabr 1956-cı ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1963-1973-cü illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır. 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1979-cu illərdə AMEA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1986-cı ildə «Naxçıvan MSSR zəhmətkeşlərinin maddi rifahının və mədəni səviyyəsinin yüksəlməsi (1971-1980-ci illər)» mövzusu üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Naxçıvan Muxtar Respublikasının, eləcə də müasir tariximizin digər məsələləri ilə bağlı 3 monoqrafiya və 100-dən çox məqalə nəşr etdirmişdir. 2011-ci ildə «Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər)» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Hazırda AMEA Tarix İnstitutunun «Əliyevşünaslıq» şöbəsinin müdiri vəzifəsində çalışır.

Əsərləri
Monoqrafiya
Heydər Əliyev inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri). Monoqrafiya. Bakı, «Təhsil», 2009. 320 s.
Heydər Əliyev və Naxçıvan Muxtar Respub¬likasının inkişaf tarixi (1969-2003-cü illər) Bakı: Turxan, NPB, 2013. 264 s.
Heydər Əliyev (iki cilddə) I cild. Bakı: Turxan, NPB, 2013. 500 s. Həmmüəllif (buraxılışa məsul)
Heydər Əliyev (iki cilddə) II cild. Bakı: Turxan, NPB, 2013. 704 s. Həmmüəllif (buraxılışa məsul)
Heydər Əliyev. Azərbaycan elminin keşiyiyndə (iki cilddə) I cild. Bakı: Turxan, NPB, 2013. 668 s. Həmmüəllif (buraxılışa məsul)
Naxçıvan Ensiklopediyası. II cild. I-II c. Bakı, 2005. 685 s. Həmmüəllif
Naxçıvan tarixi. II cild. Bakı, 2015. Həmmüəllif
Məqalələri
Zəhmətkeşlərin kommunist tərbiyəsində mədəni-maarif ocaqlarının rolu. Mədəni-maarif işi. 1984, №2. s.26-27
Kənddə mədəni quruculuq. Kənd həyatı. 1984, №10. s.43-44
Yetkin sosializm dövründə Naxçıvan MSSR zəhmətkeşlərinin maddi rifahının daha da yaxşılaşması (1971-1980-ci illər). Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1984, №2. s.17-24
İnkişaf etmiş sosializm şəraitində Naxçıvan MSSR zəhmətkeşlərinin mədəni səviyyəsinin yüksəlməsi (1971-1980-ci illər). Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. 1985, №2. s.17-24
Naxçıvan MSSR zəhmətkeşlərinin maddi rifahının və mədəni səviyyəsinin yüksəlməsi (1971-1980-ci illər). Azərbaycan SSR EA Tarix İnstitutu. Gənc alimlərin Böyük Vətən müharibəsində Sovet xalqının qələbəsinin 40 illiyinə həsr olunmuş II elmi konfransın materialları. I hissə, Bakı. 1987. s.3-7
Naxçıvan MSSR texniki-peşə təhsili sistemində ixtisaslı fəhlə kadrlarının hazırlanması (1981-1985-ci illər). Böyük Oktyabr Sosialist inqilabının 70 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 1988. s.117-119
Gəncləri dövlətin idarə olunmasına cəlb etmək sahəsində Azərbaycan LKGİ-nin fəaliyyəti (60-80-ci illər). Azərbaycan SSR EA Tarix İnstitutu Elmi konfransın materialları. Bakı, 1989 s.130-133
Daimi komissiyalar vasitəsilə zəhmətkeşlərin dövlətin idarə olunmasında iştirakı (1960-1985-ci illər). Azərbaycan EA Tarix İnstitutu. Azərbaycan Dövlət quruluşunun bərpa olunması gününə həsr olunmuş elmi konfransın əsərləri. Bakı, 1991. s.213-217
Azərbaycan Respublikasında icraedici orqanlarının fəaliyyətində deputatların və sovet fəallarının rolu (60-80-ci illər). Azərbaycanın tarixi problemləri üzrə gənc tədqiqatçıların birinci respublika elmi konfransının məruzələri. II hissə, Bakı, 1991. s.269-271
Azərbaycan Respublikası yerli sovetlərinin sessiya fəaliyyətinin bəzi məsələləri haqqında (1960-1980-ci illər). Azərbaycan tarixinin problemləri. Bakı, 1992. s.202-206
Naxçıvanın müasir dövr tarixinin öyrənilməsi və elmi ədəbiyyatda əks olunması məsələlərinə dair. Naxçıvan tarixinin səhifələri. («Uluslararası qaynaqlarda Naxçıvan» beynəlxalq simpoziumunun materialları). Bakı, 1996. s.154-159
Naxçıvan MR-də xalq maarifi (1946-1960-cı illər). Azərbaycan Respublikası Odlar Yurdu Universiteti. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Bakı, 1998, №1. s.180-182
Naxçıvan Muxtar Respublikası müharibə illərində (1941-1945-ci illər). Naxçıvan Muxtar Respublikası. Məqalələr toplusu. Bakı, Elm, 1999. s.112-120
Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı (1946-1991-ci illər). Naxçıvan Muxtar Respublikası. Məqalələr toplusu. Bakı, Elm, 1999. s.166-174
Naxçıvan Muxtar Respublikasının sosial və mədəni inkişafı (70-ci illər). Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Tarix və ictimai elmlər seriyası. Naxçıvan, 1999, №5. s.33-35
Mürəkkəb şəraitdə tarixi nailiyyət. Naxçıvan qəzeti. 23 fevral 1999-cu il
Naxçıvanın geosiyasi vəziyyəti. Azərbaycan Respublikası Odlar Yurdu Universiteti. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Bakı, 2000, №3. s.206-213
Tariximizin tanınmış tədqiqatçısı və təbliğatçısı. Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2003, №2. s.229-231
Naxçıvan Muxtar Respublikası 1946-1990-cı illərdə. Naxçıvan: Tarixi gerçəklik, müasir durum, inkişaf perspektivəri (9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpoziumun materialları) Naxçıvan, 2006. s.131-143
Naxçıvanın XX əsr tarixi Azərbaycan tarixşünaslığında. AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı, 2007, 21-ci cild. s.96-105
XX əsrin sonu – XXI əsrin əvvəllərində Azərbaycan Respublikası Quba-Xaçmaz regionunun sosial-iqtisadi vəziyyəti. AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı, 2007, 22-ci cild. s.184-189
Tariximizin tanınmış tədqiqatçısı və təbliğatçısı. Tarix elminə həsr olunmuş ömür. Bakı, 2008. s.74-78
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatı (1991-2005-ci illər). Naxçıvan bu gün: islahatlar, perspektivlər. (5-6 oktyabr 2007-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan, 2008. s.190-198
Faşist Almaniyası üzərində qələbənin təmin edilməsində Naxçıvan Muxtar Respublikasının töhfəsi. Azərbaycan 1941-1945-ci illər müharibəsində. Məqalələr toplusu. Bakı, Elm, 2008. s.210-221
Canlı həyat məktəbi«Azad Azərbaycan» qəzeti, 1 iyul 2008
Heydər Əliyev və XX əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasının inkişaf strategiyası. Heydər Əliyev və Azərbaycan. Bakı, 2008. s.320-330
Naxçıvanın erməni təcavüzündən qorunmasında Heydər Əliyevin xidmətləri. Tarix və onun problemləri. Nəzəri, elmi, metodik, jurnal. Bakı, 2009, №3. s. 215-222
Heydər Əliyev və XX əsrin 70-80-ci illərində. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı. AMEA Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası. Naxçıvan, 2009, №3. s.5-14
Heydər Əliyevin Naxçıvana gəlişi və muxtar respublikada ictimai-siyasi dəyişikliklər. Azərbaycan Dövlət Pedaqoji Universiteti. Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2009, №5. s.142-149
Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı (XX əsrin 70-80-ci illər). Tarix və gerçəklik. Bakı, 2009, cild 1 (5). s.120-125
Стратегия развития региона в Азербайджане в 70-е годы ХХ столетия (по материалом Нахчыванской АР.). Федерация. Научный журнал проблемах политики, экономики, социологии и права. Москва, 2009, №6-7. с.49-54
Гейдар Алиев и автономный статус Нахчывана. Исторические науки. Москва, 2009, №4. с.21-15
Haydar Aliyev Türkiyə-Naxçıvan ilişkilerinin kurucusudur. Kültür evreni. Uluslararası sosiyal bilimlər dərgisi. Ankara, 2009, №4. s.298-304
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasını sosial-iqtisadi, siyasi və mənəvi böhrandan çıxarmaq sahəsində fəaliyyəti (1991-1993-cü illər). Azərbaycan Dövlət Pedaqoji Universiteti. Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2010, №1. s.85-94
Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri). Dirçəliş - XXI əsr jurnalı, Bakı, 2010, №141-142. s.146-153
Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı (XX əsrin 70-80-ci illəri). Naxçıvan Dövlət Universiteti Elmi Əsərlər. Tarix və ictimai elmlər seriyası. Naxçıvan, 2010, №1 (29). s.117-125
Naxçıvanın tarixi taleyində Heydər Əliyevin rolu. Bakı Universitetinin Xəbərləri. Bakı, 2010, №1. s.187-192
Haydar Aliyev and Iran-Nakhchivan Ulationships. Кавказ и Мир. Международный научный журнал Тбилиси, 2010, №5. s.46-53
Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında Mədəniyyətin inkişafı (XX əsrin 70-80-ci illəri). AMEA Tarix İnstitutu. Elmi əsərlər
Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf strategiyası (1969-2003-cü illər). AMEA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, 2009, №12. s.141-150
Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı (XX əsrin 70-80-ci illəri). Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal, №2, Bakı, 2010. s. 112-118
Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı (1993-2003-cü illər). AMEA Tarix İnstitutu. Elmi Əsərlər. Bakı, 2009, cild 27. s. 172-182
Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının mədəni-mənəvi həyatı (1993-2003-cü illər). ADPU Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2010, №3. s. 117-124
Heydər Əliyev və Naxçıvan MR-in xarici iqtisadi əlaqələri (1993-2009-cü illər). Kültür evreni Uluslararası sosiyal bilimlər dərgisi. Ankara, 2010, №6. s.255-261
Роль Гейдар Алиева в развитии и укреплении автономного статуса Нахчывана. Азербайджан и азербайджанцы. Призидум НАНА, Баку, 2010, № 1-2. s. 22-27


Tarix: 11.02.2015 / 15:52 Müəllif: Feriska Baxılıb: 212 Bölmə: Azərbaycan tarixçiləri