Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Azərbaycan tarixçiləriNərgiz Əliyeva (tarixçi) - Elmi əsərləri

Monoqrafiyalar[redaktə]
1. Azərlbaycan Yaqut əl-Həməvinin əsərlərində. B., Çaşıoğlu, 1999, 244 s.
2. Əs-Səmaninin “Kitab əl-Ənsab” əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi.Bakı, Şərq-Qərb nəşriyyatı, 2010, 220 s.
3. İbn Makula və Azərbaycan . Çapdadır.
4. “Naxçıvan” əsərinin hissə üzrə müəllifi. Çapdadır.
Məqalələri[redaktə]
1. Yaqut əl-Həməvinin mənbələri Azərbaycan haqqında (“Mucəm əl-Buldən” əsəri əsasında”) Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyinə həsr edilmiş konfransın materialları, B., Elm nəşriyyatı, 1988, s.70.
2. Yaqut əl-Həməvinin Azərbaycan haqqında məlumatlara elmi-təcrübi münasibətinə dair // Azərbaycan mədəniyəti tarixi məsələləri. B., 1988.
3. Топонимы Азербайджана по «Китаб ал-муштарик вaдан ва-л муфтариг сук’ан Иакута ал-Хамави» Ономастика Узбекистана. Тезисы П республиканской научно-практической конференции, Ташкент, 1989. c. 8-9.
4. Yaqut əl-Həməvinin “Mucəm Ardı »

Azərbaycan tarixçiləriAdil Məmmədov (alim)

Adil Əli oğlu Məmmədov — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor.
Həyatı[redaktə]
Adil Məmmədov Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. "Azərbaycan fəhlə sinfi birinci beşillikdə (1928-1932-ci illər)" adlı namizədlik dissertasiyası və "Azərbaycan SSR-də fəhlə sinfi (1926 iyun -1941-ci illər)" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professordur.

Elmi əsərləri[redaktə]
Kitabları[redaktə]
Birinci beşillik illərində Azərbaycanda xalq maarifinin inkişafı uğrunda mübarizə (1928-1932-cı illər);
İnqilab və Azərbaycanda xalq maarifi (1920-1940-cı illər)
Azərbaycan tarixi. 7 cilddə. 6 cild. - Bakı, «Elm», 2001, 42 c.v.; həmmüəllif.
Məqalələri[redaktə]
90-dan artıq elmi Ardı »

Azərbaycan tarixçiləriNərgiz Əliyeva (tarixçi)

Nərgiz Əliyeva - tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini
Həyatı[redaktə]
Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur.Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA Azərbaycan Tarix İnstitutunun böyük laborantından Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. N.Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatların hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi Ardı »

Azərbaycan tarixçiləriAbbasqulu ağa Bakıxanov

Abbasqulu ağa Bakıxanov (tam adı: Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi; d. 21 iyun 1794, Əmircan, Bakı – ö. 1847, Məkkə) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi.

XIX əsr Azərbaycan marifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüslü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur.

1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Türkmənçay (1828) və Gülüstan müqavilələrinin (1813) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
Həyatı[redaktə]
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakının Əmircan (Əmirhacıyan) (köhnə adı Xilə) kəndində varlı bir ailədə Ardı »

Azərbaycan tarixçiləriCavanşir Vəkilov - Pedaqoji və digər fəaliyyətləri

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindəki fəaliyyəti ilə yanaşı 2001-2003 və 2007-2013-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti", "Müasir diplomatiya", "Diplomatik danışıqlar", "Diplomatik sənədlər" ixtisasları üzrə mühazirələr oxuyub. "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti", "Müasir diplomatiya" fənləri üzrə dərsliklər hazırlamış və Akademiyanın (DİA) kitabxanasına təhvil verilmişdir. 2008-2009, 2009-2010 və 2010-2011-ci tədris illərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
Cavanşir Vəkilovun Azərbaycan-İran münasibətləri və Azərbaycan ədəbiyyatı haqqında 23 elmi işi, 49 məqalə və yazısı Bakı, Tehran, Təbriz, Moskva və Düşənbədə elmi məcmuə, qəzet və Ardı »

Azərbaycan tarixçiləriMir Mehdi Xəzani

Mir Mehdi Xəzani — tarixçi, şair

Həyatı[redaktə]
Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir nəsilbənəsil onların uruğuna bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkənin dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu.Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi.

Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni Ardı »

Azərbaycan tarixçiləriMehdixan Vəkilovun İkinci dünya müharibəsi illərində İranda və Vətəndə fəaliyyəti

Mehdixan Vəkilov İkinci dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuş və 1942-ci ilin may ayına kimi orada Vətən Yolunda (qəzet) Qızıl Ordu qəzetində (redaktoru Mirzə İbrahimov) və Təbriz ziyalılarının nəşr etdikləri "Azərbaycan" (redaktoru İsmayıl Şəms) qəzetində əməkdaşlıq edərək, İran Azərbaycanında antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərmişdir.

1942-ci ilin sentyabr ayından Qazax Rayonu Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin sədri işləmiş, həmin ilin noyabr ayından 1945-ci ilin may ayına qədər Ağstafa rayonuna rəhbərlik edərək, cəbhəyə ümumxalq yardımının güclənməsində fəal iştirak etmişdir.

Ağstafada çalışdığı zaman, müharibənin qızğın çağlarında onun təşəbbüsü və rəhbərliyi ilə salınmış hazırda qardaşı Səməd Vurğunun adını daşıyan Ardı »