beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nigar Axundova

Nigar Rəşid qızı Axundova — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsində aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent.
Həyatı
Nigar Axundova 1977-ci ildə məktəbi gümüş medalla bitirmişdir.
1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1983-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında əyani təhsil alıb və 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

Elmi fəaliyyəti
Nigar Axundova Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksəlmişdir.
Onun 90-dan artıq elmi məqalə, tezis və proqramları, 1 dərslik və 4 kitabı çap olunmuşdur.
2011-ci ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi rütbəsi verilmişdir.
Rus və ingilis dillərini sərbəst bilir.

Pedoqoji fəaliyyəti
Nigar Axundova pedaqoji fəaliyyətini də davam etdirir. O, 1995-ci il sentyabrın 1-dən bu günə kimi Bakı Biznes Universitetində (BBU) dosent vəzifəsində işləyir, rus və Azərbaycan dillərində “Azərbaycan tarixi” fənni üzrə mühazirələr oxuyur və məşğələ aparır.
2009-2011-ci illərdə Milli Aviasiya Akademiyasında da dosent vəzifəsində çalışıb. “Azərbaycan tarixi” fənni üzrə Azərbaycan dilində mühazirə və məşğələ dərslərini aparıb. O, 2011-2013-cü illərdə isə Bakı Dövlət Universitetində dosent vəzifəsində çalışıb. “Azərbaycan tarixi” fənni üzrə rus və ingilis dillərində mühazirələr oxuyub və məşğələ dərslərini aparıb.
Nigar Axundova 2009-cu ildə BBU-ndə ilin ən yaxşı müəllimi adını və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanını alıb.
O, 2013-cü ildə də təkrarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanını alıb.

Elmi əsərləri
Kitabları
Политическая история (краткий курс лекций). В соавторстве с д.и.н Сулеймановой С.Ю. (Утверждён Министерством Образования Азербайджанской Республики №766 от 14.11.2005 г. Баку-2006
Tarix elminə həsr olunmuş ömür». Bakı, 2008 (Tərtibçi və redaktor), 111 s.
Azərbaycan 1941-1945-ci illər müharibəsində. Bakı, Elm, 2008. Həmmüəllif.
Из истории развития культуры Азербайджана. ХХ-ХХI вв. Баку, 2013, 411.
Proqramlar
Программа по курсу “Культурология”, Баку, 1998, с. 17.
Программа по курсу “История Азербайджана”, Баку, 2001, 2 п.л., с. 54.
Программа по курсу “Культурология”, Баку, 2002. Приказом Министерства Образования Азербайджанской Республики №142 от 17 февраля 2003 г. выдан гриф (с. 37).
Программа по курсу «История», Баку, 2004 (Приказом Министерства Образования Азербайджанской Республики № 100 от 06 февраля 2004 г. выдан гриф.) 105 с.
«Tarix» fənni üzrə proqram (bakalavr pilləsi üzrə bütün ixtisaslar üçün). Bakı-2004, s. 87.
Mədəniyyətşünaslıq fənni üzrə proqram (bakalavr hazırlığı üçün). Bakı, 2004, s. 1-24. Azərbaycan respublikası təhsil nazirliyi. Bakı Biznes Universiteti.
Программа для бакалавров по курсу психологии (программа). Баку, 2008.
Программа по философии. Баку, 2012, бакалавр: ВВИ.
Программа по курсу «История Азербайджана». Баку, 2010.


Tarix: 11.02.2015 / 13:07 Müəllif: Feriska Baxılıb: 244 Bölmə: Azərbaycan tarixçiləri