beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaraş Mədətov

Qaraş Əli oğlu Mədətov - Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941-1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü

MƏdƏtov Qaraş Əli oğlu (12.2.1928,Kəngərli r-nunun Qarabağlar k.-1.7,1993,Bakı; Fəxri xiyabanda dəfn olunmuşdur) -tarixçi. Tarix elmləri doktoru (1965), prof.(1968), Azərb. Milli EA-nın m. üzvü (1983).Azərb. Respublikasının əməkdar elm xadimi(1980).
Həyatı
AEA-nın müxbir üzvü Qaraş Mədətov 1928-ci il fevralın 10-da indiki Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-ci ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. Qaraş Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna isə qəbul edilmiş, 1968-ci ildən ömrünün sonunadək «Azərbaycanın müasir dövr tarixi» şöbəsinə rəhbərlik etmişdir. Qaraş Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941-1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə yönətlmişdir. O, 160-dan artıq elmi əsərin, o cümlədən «Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaradılması», «Azərbaycan Böyük Vətən müharibəsində (1941-1945-ci illərdə)» və b. monoqrafiyaların müəllifidir. O, eyni zamanda, 3 cildlik «Azərbaycan tarixi» və «Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri» kitablarında «Azərbaycan Böyük Vətən müharibəsində» bölmələrinin də müəllifidir. Onun rəhbərliyi və iştirakı ilə «Azərbaycan Böyük Vətən müharibəsi dövründə» (2 cildlik), «Azərbaycanın qırmızı Ulduzları», «Azərbaycan oğulları Sovet İttifaqı Qəhrəmanlarıdır» və «Azərbaycan SSR fəhlə sinfi tarixinin oçerkləri» (3 cildlik) və digər əsərlər nəşr olunmuşdur. Qaraş Mədətovun rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik dissertasiyaları müdafiə edilmişdir. AEA-nın müxbir üzvü Qaraş Mədətov «Azərbaycan SSR Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdü. Bundan başqa, o, «Şərəf Nişanı» ordeni, müxtəlif medallarla və fəxri fərmanlarla təltif olunmuşdur.

Həyatı
Azərb. Döv lət Un-tinin (in diki BDU) tarix fakultəsi ni (1950), M. V. Lomono sov ad. MDU-nun as pi rantu ra sı nı (1955) bitir - miş dir. Azərb. Mil li EA Ta rix İn-tun da elmi katib (1957-58), baş elmi iş çi (1958-68) və Azərb.-ın müa sir dövr tari xi şö bə si nin müdi - ri olmuş dur. Nax çı van MR-in ya ranması, Azərb. İkin ci dünya müha ri bə sin də möv zu la - rın da təd qi qat lar elmi fə a liyyətin də əsas yer tutur. 5 mono qra fiy a nın və bir ne çə kitab ça - nın, 150-dən çox elmi məqa lə nin və s. əsər lə - ri n müəl li fi dir.

Mükafatları
Mədət Qaraşov "Şərəf nişanı" ordeni və medal lar la təltif olunmuş dur.

Kitabları
Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaranması, B., 1958.
Ruhulla Axundov, B., 1983.
Азербайджан в Великой Отечественной войне. Баку, 1975.


Tarix: 11.02.2015 / 13:27 Müəllif: Feriska Baxılıb: 167 Bölmə: Azərbaycan tarixçiləri