beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şikar Qasımov

Həyatı
Şikar Qasımov 1958-ci il fevralın 9-da Laçın rayonunun Cicimli kəndində anadan olub.

1974-cü ildə Cicimli kənd səkkiz illik məktəbini bitirmiş, sonra isə Güləbird kənd orta məktəbində təhsilini davam etdirmiş 1976-cı ildə oranı bitirmişdir.

1981-ci ildə Stepanakert Pedaqoji İnstitunun tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1981-1985-ci illərdə təyinatla Laçın aryonunda tarix müəllimi, 1985-1987-ci illərdə Abşeron rayon mədəniyyət şöbəsində tarixi abidələrin mühavizəsi və diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində işləmişdir.

1987-ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Sov.İKP tarix kafedrasında (indiki Azərbaycan Texniki Universitet) işləyir. Kafedrada laborantlıqdan, baş laborant, müəllim, dosent və kafedra müdiri vəzifəsinədək yüksəlmişdir.

1990-cı ildə AE Tarix institutunda "Azərbayacan fəhlə sinfinin beynəlmiləlçik və vətənpərvərlik tərbiyyəsində müttəfiq Sovet respublikaları ilə əməkdaşlığın rolu 1928-1937-ci illər" mövzusunda namizədlik disertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

1992-ci ildə AzTU-nun tarix kafedrasında müəllimlik vəzifəsindən kafedranın dosenti vəzifəsinə seçilmişdir. 1995-ci ildən isə AzTU-nun Həmkərlar İttifaqı Komitəsində sədr müavini və 1995-ci ildən 2001-ci ilə kimi "Mühəndis biznesi və Menecment" fakultəsində tərbiyyə işləri üzrə dekan müavini vəzifəsində işləmişdir.

1993-1996-cı illərdə Azərbaycan Milli Universitetində "Tarix və Fəlsəfə" kafedrasının, 1996-1998 ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Humanitar fənlər" kafedrasının müdiri vəzifəsində işləmişdir.

2001-2006 cı illərdə AzTU-da tərbiyyə işləri üzrə prorektor və AzTU-nun mətbuat orqanı olan "Ziya" qəzetində baş redaktor işləmişdir. 2010-cu ildən AzTU Əmək və Müharibə Veteranları Şurasının sədridir.

2002-ci ildən hal-hazıradək tarix kafedrasının müdiri vəzifəsində çalışır.

Fəaliyyəti
2008-ci ildə AMEA-nın Tarix İnstitutunda "Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-1930 cu illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 230-dan çox elmi, metodik və publistik məqalənin, o cümlədən Texniki ali məktəblər üçün yeddi "Tarix" fənninin tədrisi proqramının, "Tarixin tədrisinə dair" üç metodik vəsaitinin, iki məcmuənin və "Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-1930-cu illər), Bakı, 2007, "Azərbaycan yaradıcı ziyalıları Sovet hakimiyyəti illərində (1920-1940-cı illər),Bakı,2009,"Xalq qəhrəmanı Sultan bəy" Bakı,2011, "Əsirlikdə qalan Laçın" Bakı, 2012 monoqrafiyalarının və "Azərbaycan tarixi" (Texniki ali məktəblər üçün dərslik), Bakı,2014 dərsliyinin müəllifidir. Onun Rusiyanın, Türkiyənin, Ukraynanın və Dağıstanı elmi jurnallarında 15-dən çox məqaləsi çap olunmuşdur. 2011-ci ildə Kiyev Politexnik Universitetində kosmosun fəthinin 50 illiyi münasibəti ilə keçirilmiş Beynəlxalq elmi-praktiki konfransında iştirak etmiş və "Kosmik tədqiqatların Azərbaycanda elm və texnikanın inkişafında rolu" mövzusunda və 2012-ci ilin may ayında Türkiyyənin Amasiya şəhərində keşirilmiş Seyid Mir Həmzə Nigariyə həsr olunmuş "Azərbaycandan Amasyaya könül körpüsü" Beynəlxalq Simpoziumunda iştirak etmiş və "Cicimlidən Amasyaya gedən təsəvvüf yolu" mövzusunda məruzə ilə çıxış etmişdir. 2014-cü ildə Türkiyənin Konya şəhərində VIII Uluslararası Türk Kültürü, Sanatı və Kültürel Mirası Koruma Sempozyumunda “Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Ədəbiyyat və İncəsənətin inkişafı tarixindən (1920-30-cu illər)” mövzularında məruzə ilə çıxış etmişdir. 2014-cü ilin dekabr ayında isə Türkiyənin Malatya şəhərində İnönü Universitetində, Tarsus şəhərində Çağ universitetində və Mersin Dövlət Universitetində “Türkiyə və Azərbaycan: Ortaq dəyərlər və tarix” mövzusunda keçirilən silsilə konfranslarda əsas məruzəçi kimi və Türkiyənin Kanal -33 TV-də cıxışlar etmişdir. "Türk xalqlarının tarixi", "Siyasi tarix" dərs vəsaitlərinin rəyçisi, "Peyğənbərə 100 sual" kitabının redaktoru və rəyçisi olmuşdur. 20-dan çox doktorluq və namizədlik dissertasiyalarının aftoreferatlarına rəy vermiş və rəsmi opponent olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının üzvüdür. 10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. H.Cavid-25 YAP ərazi ilk partiya təşkilatının sədridir. 1995-ci ildən indiyə kimi AzTU-da fakultə Elmi Şurasının, 2001-ci ildən isə universitet Elmi Şurasının üzvüdür. Qarabağ müharibəsi veteranıdır. 245-dən çox məqalənin, o cümlədən 4 monoqrafiyanın, və 2014-cü ildə çap olunmuş Azərbaycan tarixi (Texniki ali məktəblər üçün) dərsliyinin müəllifidir.

2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı, üç nəvəsi var.


Tarix: 11.02.2015 / 15:50 Müəllif: Feriska Baxılıb: 335 Bölmə: Azərbaycan tarixçiləri