beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeynal Nağdəliyev

Zeynal Nağdəliyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru .

Həyatı
Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982-1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib.

1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbacanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmlər namizədi, 2000-ci ildə isə tarix elmlər doktoru alimlik dərəcəsi alıb. 2003-2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çaışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailələlidir, iki övladı var.

Əmək fəaliyyəti
05.04.1981 - 27.08.1982, 55 nömrəli texniki-peşə məktəbinin komsomol komitəsi, Katib
30.08.1982 - 24.11.1984, Azərbaycan LKGİ MK, Təlimatçı
24.11.1985 - 03.04.1986, Azərbaycan LKGİ Əzizbəyov rayon komitəsi, Birinci katib
03.04.1986 - 27.02.1987, Azərbaycan LKGİ MK-nın İdman, hərbi-kütləvi işlər şöbəsi, Müdir
27.02.1987 - 24.07.1990, Azərbaycan LKGİ-nin Təşkilat-kadr işləri şöbəsi, Müdir
24.07.1990 - 14.09.1991, Azərbaycan LKGİ MK, Katib
14.09.1991 - 01.04.1994, Azərbaycan Gənclər Təşkilatının Mərkəzi Komitəsi, Katib
05.03.2001 - 23.04.2003, Ümumrusiya Azərbaycan Konqresi, İcraçı direktor
14.04.2003 - 14.12.2005, Lənkəran şəhəri İcra hakimiyyəti, Başçı
14.12.2005 - h/h, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Müdir
29.11.2012 - h/h, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini


Tarix: 11.02.2015 / 15:38 Müəllif: Feriska Baxılıb: 132 Bölmə: Azərbaycan tarixçiləri