beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehdixan Vəkilovunun Ailəsi

Mehdixan Vəkilov 1931-ci ildə Qəbələdə müəllimlik edərkən, sonralar məşhur heykəltəraş olmuş Fuad Əbdürrəhmanovun xalası qızı Ruqiyyə İbrahim qızı Paşabəyova (1916-2006) ilə ailə qurmuşdur. Qızı Çiçək (1939-2007) bioloq idi, Sevinc Ələkbərova (1961) adlı nəvəsi, Leyla (1988) adlı nəticəsi vardır. Oğlu Cavanşir (1951) hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müşavir vəzifəsində çalışır. 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil etmişdir. Mehdixan Vəkilovun Ruqiyyə (1982), Mərziyyə (1984) adlı nəvələri, Novruz (2009), Tamerlan (2011) və Mehin (2012) adlı nəticələri var.

Xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır.
Diplomat Cavanşir Vəkilovun atasıdır.
Xalq yazıçısı Yusif Səmədoğlunun əmisidir.
Xalq şairi Vaqif Səmədoğlunun əmisidir.
General İbrahim ağa Vəkilovun, ADR Parlamentinin üzvləri Məmmədrza ağa Vəkilovun, Mustafa ağa Vəkilovun, Rəhim bəy Vəkilovun, Parlament dəftərxanasının rəisi Məmməd ağa Vəkilovun, ADR-in Gürcüstanda diplomatik nümayəndəsi Faris bəy Vəkilovun, Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu Mustafa bəy Vəkilovun, Azərbaycanın maarif xadimi Mədinə Qiyasbəylinin (Vəkilovanın), görkəmli səhiyyə təşkilatçısı Fəxri Vəkilovun, şair Mənsur Vəkilovun, görkəmli sovet türkoloqu, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsinin müəllimi Əfrasiyab Vəkilovun, Əlimərdan bəy Topçubaşovun anası Sevər xanım Vəkilovanın, Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilovanın, Rəşid Behbudovun anası Fürüzə xanım Vəkilovanın, hazırkı general-leytenant Kərim Vəliyevin anası Leyla Kərim qızı Vəkilovanın, SSRİ Xalq Artisti Leyla Vəkilovanın, prof. Fatma Vəkilovanın, prof. Leyli Qalib qızı Vəkilovanın yaxın qohumudur.


Tarix: 11.02.2015 / 12:47 Müəllif: Feriska Baxılıb: 204 Bölmə: Azərbaycan tarixçiləri