beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlham Xudiyev

Həyatı
İlham Cəmil oğlu Xudiyev 1965-ci il yanvarın 25-də Xankəndi şəhərində müəllim ailəsində anadan olub. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə orta təhsil alıb. 1984-1986-cı illərdə keçmiş Sovet ordusunun rabitə qoşunlarında həqiqi hərbi xidmət keçib. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.Qarabağ müharibəsi iştirakçısı, müharibə veteranıdır. 1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib. Doqquz kitab müəllifidir. 2008-ci ildən fəaliyyət göstərən "Ailə və Sağlamlıq" jurnalının baş redaktorudur. "Xankəndi - İlham Xudiyevin təqdimatında" saytının rəhbəridir. 1987-ci ildən jurnalist fəaliyyəti ilə məşğuldur. "Səhər", "Qarabağ", "Azərbaycan ordusu" qəzetlərində, "Yanğınla mübarizə" jurnalında çalışıb.

Kitabları
Mən Azərbaycan vətəndaşıyam
Şuşadan Şəhidlər xiyabanına
Bizim ziyalılar
Müstəqil Azərbaycan
Müasirlərimiz
Qarabağ münaqişəsi: faktlar və həqiqətlər
Xocalı-yaddaşlardan silinməyən tarix. (Ukrayna dilində)
Erməni təcavüzünün Qarabağ ünvanı
Bizim Aqil müəllim
Yaxın, uzaq Xankəndi


Tarix: 11.02.2015 / 15:43 Müəllif: Feriska Baxılıb: 168 Bölmə: Azərbaycan tarixçiləri