Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsaq Məmmədov

Həyatı
İsaq Məmmədov 1925-ci ildə Qubadlı rayonunun Qaracallı kəndində dünyaya gəlib. Orta təhsilini rayonda başa vurduqdan sonra ali təhsil almaq üçün Bakıya üz tutub. Azərbaycan Dövlət Universitetinin tarix fakkultəsinə qəbul olub. Oranı bitirən kimi o "Tarix" kafedrasına müəllim təyin olunub. 1955-ci ildə namizədlik, 1959-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1970-ci illərin axırı 1980-cı illərin əvvəlləri Naxçıvan Dövlət Pedogoji İnstitutunun rektoru vəzifəsində çalışıb. Sonralar Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdüri işləyib. Respublika miqyasında görkəmli pedaqoq və məhsuldar tədqiqatçı kimi tanınan İsaq Məmmədov 1977-1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978-1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdi.

Professor İsaq Məmmədov görkəmli pedaqoq və tədqiqatçı alim kimi ad-san qazanmışdı. O, 200-ə qədər elmi məqalənin, "Qəhrəmanlıq tarixindən səhifələr", "Unudulmaz rəşadət", "İnqilabi ənənələr və gənclik", "Ənənələr tərbiyə edir" kitablarının, "XX əsrdə ümumdünya tarixi proseslər", "Azərbaycan tarixi", "Yeni tarix", "Ümumdünya ictimai prosesləri", "Təlatümlü illər" və "Siyasi tarix" dərslikləri və dərs vəsaitlərinin müəllifi idi. O, 15 elmlər namizədi yetişdirmiş, onlarla doktorluq dissertasiyasının opponenti olmuşdur. Elm sahəsində böyük xidmətlərinə görə professor İsaq Məmmədov 1981-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdü. O, çoxsaylı İttifaq və respublika miqyaslı elmi konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdi.

Professor İsaq Məmmədov respublikamızın ictimai həyatında fəal iştirak etmiş, 1980-1985-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilmiş, Naxçıvan şəhər rəhbər orqanlarının, müxtəlif müdafiə şuralarının üzvü kimi fəaliyyət göstərmişdir.


Tarix: 11.02.2015 / 15:47 Müəllif: Feriska Baxılıb: 169 Bölmə: Azərbaycan tarixçiləri
loading...