Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseynəli Biləndərli

Biləndərli Hüseynəli Süleyman oğlu - tarixçi, Partiya Tarixi İnstitunun baş elmi işçisi, ADU-nun tarix müəllimi.

Həyatı
Hüseynəli Biləndərli 1905-ci ildə anadan olmuşdu. 1937-ci il yanvarın 26-da Azərbaycan SSR CM-nin 72, 73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. 1937-ci il yanvarın 31-də "əksinqilabi trotskiçi, müsavatçı və xalq düşməni kimi" Kommunist partiyasının sıralarından çıxarılmışdır.

1937-ci il oktyabrın 11-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məhkəmə iclası keçirilir. Saat 13.40-da başlayıb 13.55-də başa çatan iclasda H.Biləndərli haqqında güllələnmə hökmü çıxarılır. Hökm dərhal icra olunur.

SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 20 oktyabr 1956-cı il tarixli qərarına görə 1937-ci il oktyabrın 11-də çıxardığı hökm ləğv olunmuş, cinayət tərkibi olmadığına görə iş xətm edilmişdir.


Tarix: 09.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycan tarixçiləri
loading...